Azərbaycan Prezidentinin ABŞ a səfəri Gürcüstan mətbuatının diqqət mərkəzindədir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisi, 8 avqust, AZƏRTAC
Ggürcüstanın aparıcı informasiya portalları və televiziyaları Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və bu səfər çərçivəsində keçirəcəyi görüşlər, eləcə də bu səfərdən gözləntilər barədə silsilə materiallar dərc ediblər.
AZƏRTAC xəbər verir ki, “interpressnews.ge”, “resonancedaily.com”, “aktual.ge”, “for.ge”, “netgazeti.ge”, “tabula.ge”, “info9.ge”, “news.ge”, “newposts.ge”, “interpress.ge”, “24news.ge”, “qafqazturk.com” informasiya portalları, “1tv.ge” televiziya kanalı avqustun 7-də və 8-də silsilə materiallar yayıblar.
Qeyd olunur ki, avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb.
Dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalandığı bildirilir.
Materiallarda Prezident İlham Əliyevin Vaşinqtona səfərinin ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı xüsusi vurğulanıb.
Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampla və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi, eləcə də Birləşmiş Ştatların Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin imzalanacağı, Zəngəzur dəhlizi ilə bağlı konkret qərarın qəbul ediləcəyi barədə də fikirlər yer alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 08 Avqust 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















