Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin ABŞ a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır

Azərbaycan Prezidentinin ABŞ a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qeyd etmişdir ki, uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.
Dövlət başçımız otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldığından, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını, onların fundamental insan hüquqlarının kobud şəkildə pozulduğunu diqqətə çatdırdı. Bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu, bu qətnamələr isə heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.  Yerli azərbaycanlılar öz yurd yuvalarından didərgin salındı, onlara ağır işgəncələr verildi, evləri talan edildi, yandırıldı. Şəhər və kəndlərimiz  yerlə yeksan edildi, bir neçə yaşayış məntəqələrimiz tamamilə yer üzündən silindi. Xocalı faciəsi törədildi.
1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi və demək olar ki, yerinə yetirmək istəmədi. Onun həmsədrləri yalnız vaxtı uzadaraq status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. Verdikləri bəyannamələr kağız üzərində qaldı. Heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi və ATƏT-in Minsk qrupu da buna əhəmiyyət vermədi.
Azərbaycan sülhsevər dövlətdir. Biz tamamilə müharibənin əleyhinəyik. Odur ki, təcavüzkar ermənilərin torpaqlarımızı tərk etmələri üçün 30 ilə yaxın danışıqlar aparıldı və otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın yeni bir təcavüzündən sonra Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu, Azərbaycanın igid övladları Ermənistan ordusunun işğal etdiyi və 30 il ərzində daş üstə daş qoymadığı, yandırıb külə döndərdiyi ərazilərimizi işğaldan azad etdi. 44 günlük müharibə vaxtı Azərbaycan müharibənin beynəlxalq humanitar hüquqlarına tam riayyət etməklər mülki şəxslərin mühafizəsini təmin etdi,qeyri-hərbi infrastrukturlar hədəfə alınmadı.
Lakin Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Onların arasında uşaqlar və yaşlı insanlar da var idi. Ermənilər torpaqlarımızı tərk etdikdə ərazilərimizə minalar basdırmış və müharibənin qanunlarını bir daha pozaraq basdırılan minaların xəritəsini qarşı tərəfə təqdim etməmişdir. 400 nəfərdən artıq insan bu minalara düşərək həyatlarını və sağlamlıqlarını itirmişlər. 
1990-cı illərin əvvəllərindən bəri-erməni işğalı, erməni təcavüzü nəticəsində dörd mindən artıq Azərbaycan vətəndaşı ingin düşüb və bu günə kimi onların faciəli taleyi məlum deyil. 
2020-ci il noyabrın 10-u Ermənistan kapitulyasiya aktına imza atdı.  30 ilə yaxın işğaldan sonra Azərbaycan ərazi bütövlüyünü  bərpa etdi. 
Artıq Təcavüzkar Ermənistan tərəfindən yerlə-yeksan edilən yüzlərlə şəhər və kəndlərimiz yenidən qurulur. 50 mindən çox insan  öz doğma yurd yerinə qayıdıb. Onu da qeyd edək ki, mina təhlükəsinə görə qaçqın və köçkünlərimizin öz doğma yurd yerlərinə köçürülməsi ləngiyir. Ərazilərin minalardan təmizlənməsi çətin və olduqca çox vəsait tələb edən bir prosesdir.
Əldə olunan razılaşmalara görə Azərbaycan və Ermənistan indiyə kimi olmadığı qədər sülhə yaxındır. İnanırıq ki, yaxın vaxtlarda Ermənistan mina xəritələrini də Azərbaycana təqdim edəcək.
Azərbaycan Prezidenti çıxışında Azərbaycanın Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdiyini dedi: “Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.
Qeyd edək ki, 2025-ci il il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur. Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.”
1992-ci ildə Prezident Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırılması qərarı tarixi bir addımdır.
Azərbaycan Prezidentinin ümumilikdə ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan yeni bir dövrə qədəm qoyduğunu söylədi: “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.
Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.
Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır.
Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.”
Şəhla Ağbulud
Yazıçı-publisist,
AYB Abşeron bölməsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Sentyabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri