Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin müsahibəsi həqiqət və vicdan duyğusuna dəvətdir

Azərbaycan Prezidentinin müsahibəsi həqiqət və vicdan duyğusuna dəvətdir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il, yanvarın 7-də yerli telekanallara verdiyi müsahibə kifayət qədər ciddi mesajların qaynağıdır. Hərçənd ölkə başçısının son illər bütün müsahibə və çıxışlarının məzmunu dəyişmir. Sülhə və qarşılıqlı əməkdaşlığa çağırış, dünya nizamının qorunması və prioritetə çevrilməsi amili, Ermənistanın və ona havadarlıq edən ölkələrin işğalçı əməl və niyyətlərinin layiqincə  ifşası, Türkiyə-Azərbaycan qardaşlığı, Azərbaycanın iqtisadi artımının dəyərləndirilməsi, COP29-la bağlı ölkəmizin sərgilədiyi uğur hekayəti, Qarabağın bərpası və orada məskunlaşma işlərinin davam etməsi, Qərbi Azərbaycana qayıdış amilinin hüquqi baxımdan  əsaslandırılması və gündəlikdə saxlanması. Bütün məsələlərin mahiyyətində dayanan amil həm də nədir? Azərbaycanın dünya arenasında artan nüfuzu! Azərbaycanın öz suverenliyini bərpa etməsi! Azərbaycanın iqtisadi sahədə dayanıqlı inkişafa nail olması! Azərbaycanın müstəqil siyasət yürütməsi! Azərbaycanın öz hüququnun və heysiyyətinin keşiyində ayıq-sayıq dayanması, güzəştsiz milli mövqe sərgiləməsi, özünün daxili işlərinə qarışmağa kimsəyə ixtiyar verməməsi! Bu, həm Azərbaycanın, həm də bütün Türk Dövlətləri Təşkilatının, müsəlman ölkələrinin dünya miqyasında ciddi güc mərkəzinə çevrilməsinin nəticəsidir: “Bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur.

Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır. Bax, dediyim İslam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə alınıbdır və eyni zamanda, bu təşkilat öz coğrafiyasını da genişləndirir. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq”.

Coğrafiya və imkanlarımız amilinə toxunarkən, İlham Əliyev hər şeydən əvvəl vahid mənəvi məkanı nəzərdə tutur. Bütün türklər və müsəlmanlar üçün sabit, monolit, dəyişməz mənəvi Vətən amilini önə çəkir. Bu vətənin ərazisi vahid islam, vahid türk kültürü, dili və mənəviyyatıdır.

İlham Əliyev  müsahibəsində növbəti dəfə maskaları yırtır, ikili standartlar yürüdən dövlətləri, təşkilatları öz adı ilə çağırır: ATƏT-in Minsk qrupu, Avropa Komissiyası və onun prezidenti, Fransa prezidenti, Ermənistan rəhbərliyi və onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələr, xarici ölkələrin nümayəndələri, İkinci Qarabağ müharibəsi zamanı Ermənistana yanacaqdaşıyan yük maşınları göndərən əvvəlki İran höküməti, haqq savaşımız dönəmində düşmən ölkəyə dəstək verən keçmiş Suriya hakimiyyəti, müstəmləkəçilik siyasəti yürüdən dövlətlər və s.

Azərbaycana qarşı separatçı maksimalizmə İlham Əliyev məsələnin təkcə qoyuluşunda deyil, həm də həll üsulunda fərqli davranış nümayiş etdirir: “Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək”.

Məsələ ilk növbədə, problemə fəlsəfi-nəzəri baxışın vüsət və dərinliyindədir. Prosesləri tarixiliyindən çağdaşlığına qədər bütün parametrləri ilə bilən və buna görə doğru analizlər yürütməyi bacaran ölkə başçısının Azərbaycanın taleyinin keşiyində ayıq-sayıq dayanmasının göstəricisidir bu əzm.

Prezident İlham Əliyev hər çıxış və müsahibəsində  44 günlük müharibənin və bir gün davam edən antiterror əməliyyatının nəticələrini xatırlatmağa məcbur olur. Düşməni baş verənləri unutmamağa, silkinib ayılmağa, olanlardan dərs götürməyə, növbəti qan tökmək cəhdlərinin qarşısını almağa dəvət edir. Doğrudan da, tarix hər dəfə ona görə təkrar olunur ki, ondan dərs götürülmür. Yaddaş əxlaqa çevrilməyəndə hər şey yenidən başlanmalı olur. Ermənistan hökümətinin şovinist siyasəti bunun bariz nümunəsidir. İlham Əliyev erməni şovinizminin strateji havadarlarına da, onların iki əsrdən artıq müddətdə davam edən milli-siyasi proqramlarının qlobal motivlərini cani dildən icra edən, həm fiziki, həm də mənəvi terroru həyata keçirən  rəhbərlərinə də növbəti mesajı ötürməkdən usanmır: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar.

Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

Cavab da, şərh də şahanədir! Ona görə şahanədir ki, bu cavabda - həm məkr, riyakarlıq və işğalçı siyasətində möhür vurmağı bacaran düşmənin ənənəvi obrazı, həm də ona qarşı müqavimətdə bizim gücümüz görünür! İlham Əliyev heç olmasa bu dəfə tarixdən dərs almağa, olanlardan ibrət götürməyə çağırır...

Qərbi Azərbaycana qayıdış Prezident İlham Əliyevin son müsahibəsində  yenə ətraflı şəkildə gündəmə gətirilir. Ölkə başçısı Cümhuriyyət dövründəkı tarixi yanlışları təshih etməyə çalışır, İrəvanda bitib-tükənməyən yurd yerlərimizi xatırladır, onların bizə məxsus olan adlarına vurğular edir, indi Ermənistan üçün torpaq olan İrəvan xanlığının, Zəngəzur mahalının qayıdışını ən önəmli məsələ olaraq aktuallandırır: “Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik”.

Ölkə başçısının Ermənistan rəhbərliyini həqiqət və vicdan duyğusuna dəvət etməsinin - “ondan beynəlxalq hüquqa uyğun mövqe” gözləməsinin əsasında da elə bu amil - öz həqiqətimizin mütləqliyinə inam dayanır: “Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir”.

Bu gün Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ başlayıb. Bu, yeni tariximizin Qərbi Azərbaycan mərhələsidir.

İlham Əliyev yeni tariximizin Qərbi Azərbaycan mərhələsini də uğurla sonlandıracağına ümidlidir. Biz isə əminik! Bu əminliyi bizdə yaradan “Qarabağ Azərbaycandır” həqiqətini bütün dünyaya bəyan etməyi bacaran, Qarabağ adlı əsərin yarımçıq qalmış səhifələrini uğurla tamamlayan  ölkə başçısının vüqarıdır! Necə demiş Ziya Paşa: “Ayinesi iştir kişinin...”

ELNARƏ AKİMOVA,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri