Icma.az
close
up
RU
Azərbaycan qadını azad olan kimi açılıb tökülür Aqşin Yenisey

Azərbaycan qadını azad olan kimi açılıb tökülür Aqşin Yenisey

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Dil mövzusunu araşdıran bütün filosoflar deyir ki, düşüncənin ərazi böyüklüyünü kəlmələrin sayı müəyyən edir. Kəlmə sayı nə qədər çoxdursa, düşüncənin ərazisi də bir o qədər böyükdür.

Biz dilimizi təmizləmək adıyla ərəb, fars kəlmələrini çıxarıb atdıq, yerinə də bir şey qoymadıq, bununla da düşüncəmizin ərazisini kiçiltdik.

Özümüzdən dili təmiz, amma düşüncəsi dar bir millət düzəltdik.

Düşüncəsi dar olanın istəkləri də az olur. Kəlmə sayı az olan beyin sahibinin istədiyi azadlıq da şəxsi məqsədlərdən o tərəfə keçmir.

Məsələn, tez-tez soruşurlar ki, niyə cəmiyyətimiz bu gündədir? Cavabda hərə bir "günah keçisi" göstərir. Halbuki yeganə günahkar kəlmə sayı qəsdən azaldılmış "təmiz" dilimizdir.

Azərbaycan qadını azad olan kimi açılıb tökülür. Yaxud Azərbaycan kişisi azad olan kimi ya meşşana ya xuliqana çevrilir.

Niyə? Çünki dili kasaddır, bu kasadlıq onun düşüncəsini kasıblaşdırır, düşüncəsinin kasıblığı isə onun davranışlarına yansıyır.

Ətrafımızda baş verən bu çılpaq zənginləşmə yarışının altında yatan sabəb iqtisadi bum deyil, düşüncə kasıblığıdır. Bu kasıblığın banisi ərazisinin böyük bir hissəsi səhralaşmış dilimizdir.

Azərbaycanlı dediyimiz şəxs kəlmə sayı azaldılmış dili sayəsində dünya düşüncəsinin çox kiçik bir ərazisində yaşayır.

Biz dilimizi yenidən zənginləşdirmədikcə hərb sahəsindən başqa heç bir sahədə inkişafa nail ola bilməyəcəyik. Dilimizə daxil olan yad kəlmələrdən qorxmamalıyıq.

Dilimizə daxil olan ingilis, fransız, yapon sözü bizi ingilis, fransız, yapon etməyəcək, qorxmayın. Əksinə, bu kəlmələr milli düşüncəmizin ərazisini genişləndirəcək. Necə ki, IX-XIII əsrlərdə türk dilləri üzərində formalaşan rus dili rusları türk etmədi. Yaxud zor-xoş islamı qəbul edən xalqların dilinə təsir edən ərəb dili heç bir xalqı ərəbləşdirmədi.

Tam əksinə, biz dilimizi "təmiz" saxladıqca onunla birlikdə yox olacağıq. Çünki bu kəlmə sayı ilə bəşəri düşüncənin inkişafıyla ayaqlaşa bilməyəcəyik. İdeyalarımız daha da lokallaşacaq, çünki böyük ideyalar yaratmaq üçün lazım olan sözlərə sahib ola bilməyəcəyik.

Ümumiyyətlə, bu "təmiz dil" söhbətini biryolluq yığışdırmalıyıq, dünyada təmiz dillər yalnız Afrikada və Amazonda yaşayan qəbilələrin dilləridir.

Milli kimliyi yox edən səbəb alınma sözlər deyil, yad kəlmələri yaxına buraxmayıb milli düşüncəni bəşəri düşüncədən ayıraraq çəpər içində saxlayan "təmiz dildir".

Mən dövlətli ailədə doğulmadım – Günün şeiri Məşhur aktyor ilk dəfə hakim qarşısında Xalq yazıçısı Elçin: "Mən Mehriban Ələkbərzadəni tərifləmirəm, onu..." - Müsahibə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri