Icma.az
close
up
RU
Azərbaycan qadınları xəyanətkardır? Maraqlı açıqlama

Azərbaycan qadınları xəyanətkardır? Maraqlı açıqlama

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Bəs ən çox kişilər, yoxsa qadınlar xəyanət edir? Amerika alimləri bu barədə maraqlı tədqiqat həyata keçiriblər. Araşdırmanın nəticəsində kişilərin daha çox öz partnyorunu aldatdığı ortaya çıxıb. Ən maraqlısı isə budur ki, sözügedən fakta bizim cəmiyyətdə münasibət birmənalı deyil. Bir sıra şəxslər iddia edir ki, qadınlar daha çox xəyanətkardır. Ancaq bunu gizlədə bilməkdə mahir olmaqları onları statistik rəqəmlərdən uzaqda saxlayır. 

Ölkə.az xəbər verir ki, “Yeni Sabah”a açıqlama verən psixoloq Fuad Əsədov mövzunu belə dəyərləndirib:

“Ümumiyyətlə, gəlin, birinci xəyanətin nə olduğuna baxaq. Əgər xəyanət deyəndə tərəflərdən birinin digərinə cinsi olaraq, yəni başqası ilə cinsi əlaqədə olaraq öz tərəfdaşına, partnyoruna  xəyanət etməsindən söhbət gedirsə, burada əlbəttə ki, kişilərin və qadınların təbiətinə göz gəzdirməliyik. Ümumiyyətlə, hər bir canlının ən güclü instinklərindən biri çoxalma instinktidir. Bu, kişilərdə də, qadınlarda da belədir. Amma məsələ burasındadır ki, qadınlar ildə bir uşaq dünyaya gətirə bilərlər, kişilərdə isə belə bir limit yoxdur. Ona görə, avtomatik olaraq, kişilər təbiəti etibarilə qadınlardan daha şorgöz olurlar. Bununla yanaşı, qadınlar uşağa hamilə qaldıqları və bu hamiləliyin əziyyətini yaşadıqları üçün özlərinə tərəfdaş seçməkdə də daha diqqətli olurlar və onlar kişilər qədər rahat ola bilmirlər. Bu, heyvanlar aləmində də belədir. Məsələn, erkək bir heyvan dişi ilə cütləşmək istədiyi zaman ona yaxınlaşır. Dişi isə həmin erkəyin sədaqətini sınayır. Çünki sınamasa, erkək onunla cütləşdikdən sonra gedə bilər və bu zaman dişi doğulacaq balasını tək başına böyütməli və bütün bu əziyyətlərə tək başına qatlanmalı olacaq. Ona görə də dişi naz edərək erkəyin sədaqətini yoxlayır. Erkək isə bunu bildiyi üçün dişinin yuvasının ətrafından uzaqlaşmır və beləcə öz sədaqətini sübut eləmiş olur. Nəhayət dişi güvənir və həmin erkəklə cütləşir. Bundan sonra erkək təbii ki, uzaqlaşa bilər, amma uzaqlaşmır. Niyə? Çünki uzaqlaşsa, cütləşmək üçün başqa bir partnyor tapmalıdır və bütün bu əziyyətə başdan başlamalıdır. Ona görə erkək instinkti belə düşünür: Bu dişini tapmışkən artıq bununla birgə yaşayım və ondan uzaqlaşmayım. Diqqət etsəniz, eyni proses demək olar ki, insanlarda da var”. 

Psixoloq bildirib ki, bu məsələdə insanlar və heyvanlar arasında sadəcə bir fərq var:

“İnsanların davranışlarına hər zaman sadəcə bioloji faktorlar yox, həm də sosial faktorlar təsir göstərir. Aydın məsələdir ki, Amerikada, Fransada, İtaliyadakı insanların həyat tərzi ilə Azərbaycandakı və ümumiyyətlə bir çox şərq, ya da Asiya ölkələrindəki insanların həyat tərzi bir-birindən fərqlənir. Məsələn, Amerikada kişilərin təxminən 20-25% xəyanət edir, qadınların isə 10-15%. Fransada bu rəqəm biraz daha yüksəkdir, kişilərin təxminən 50%, qadınlarında 30% xəyanət edir. Almaniyada qadınların 30% kişilərində 50% xəyanət edir, amma dediyim kimi, Şərq ölkələrinə tərəf gəldikcə bu rəqəm azalır, xüsusilə qadınlarda azalır. Belə ki, statistik olaraq, qadınların 10-15%-i bizim ölkədə xəyanət edir. Bu, təbii ki, mədəniyyət fərqlərindən və bizim cəmiyyətdə mövcud olan müəyyən tabulardan, yaxud ki, müəyyən mənəvi dəyərlərdən asılıdır. Ona görə də mən qadınların Azərbaycanda daha çox xəyanət etdiyini düşünmürəm. Bu rəqəmin Amerikadan ya da Avropadan çox olduğunu da düşünmürəm, hətta bu heç inandırıcı deyil. Bu, sadəcə şayiədir və bəzi insanların bəlkə də aqressiya ya da kədərlə dediyi bir cümlədir. Amma istər psixoloji faktorları, istər sosial faktorları, istərsə də mənəvi dəyərləri nəzər aldıqda mən Azərbaycanda qadınların digər ölkələrə nisbətən az xəyanət etdiyini düşünürəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri