Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə qəbul olunan qərarlar, iştirakçı dövlətlərin Azərbaycanın sədrliyinə verdiyi yüksək qiymət və Prezident İlham Əliyevin səsləndirdiyi strateji mesajlar tədbirin siyasi əhəmiyyətini daha da artırdı.
Zirvə Görüşünün ən mühüm nəticələrindən biri Azərbaycanın AQEM-ə sədrliyinin 2028-ci ilədək uzadılması oldu. Üzv dövlətlərin bu qərara yekdil dəstəyi ölkəmizə göstərilən beynəlxalq etimadın bariz nümunəsidir. Çıxışlarda Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfələrin xüsusi vurğulanması da bu reallığı təsdiqləyir.
Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı isə Azərbaycanın mövqeyinin ifadəsi ilə yanaşı, bütövlükdə beynəlxalq münasibətlər sistemində mövcud problemlərə prinsipial yanaşma idi. Dövlət başçısı beynəlxalq hüququn aliliyinin təmin olunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, ikili standartlara son qoyulmasının vacibliyini diqqətə çatdırdı. Xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər icrasız qalması ilə bağlı səsləndirilən fikirlər beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi üçün təsirli mexanizmlərin yaradılması zərurətini bir daha gündəmə gətirdi.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra Ermənistana sülh təklif etməsi də dövlətimizin regional sabitliyə verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, mövcud sülhün qorunması və möhkəmləndirilməsi mühüm vəzifədir.
Azərbaycan AQEM platforması üzərindən də ədalətli və dayanıqlı beynəlxalq nizamın formalaşması üçün qəbul olunmuş qərarların kağız üzərində qalmamasını, münaqişələrin qarşısının alınması üçün real mexanizmlərin yaradılmasını tələb edir.
Zirvə Görüşünün digər əhəmiyyətli nəticəsi iqtisadi və nəqliyyat əlaqələrinin, rəqəmsallaşma və yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq iradənin nümayiş etdirilməsi oldu. Trans-Xəzər fiber-optik xətti, Xəzər Yaşıl Enerji Dəhlizi, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ilə bağlı səsləndirilən təşəbbüslər Azərbaycanın Avrasiyada strateji bağlantı mərkəzi kimi rolunun daha da gücləndiyini göstərir.
Bakı Bəyannaməsinin qəbul edilməsi, AQEM-in institusional inkişafının dəstəklənməsi və təşkilatın tamhüquqlu beynəlxalq təsisata çevrilməsi istiqamətində irəliləyişlər də Zirvə Görüşünün mühüm siyasi nəticələrindəndir. Bu prosesdə Azərbaycanın fəal iştirakı ölkəmizin beynəlxalq əməkdaşlıq mexanizmlərinin formalaşmasına töhfəsini bir daha nümayiş etdirdi.
Bakıda səsləndirilən mövqelər və qəbul edilən qərarlar göstərdi ki, Azərbaycan bu gün Asiya ilə Avropa arasında coğrafi körpü, həm də siyasi dialoqun, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır
01 Oktyabr 2026 15:14
Azərbaycan İtaliya: qarşılıqlı etimadın yüksək mərhələsi
05 May 2026 14:20
Azərbaycan Pakistan üçün mühüm tərəfdaşdır
24 Fevral 2025 08:05
“Azərbaycan təhlükəsizlik sahəsində mühüm tərəfdaşdır”
30 İyun 2026 10:29
Baxış sayı:91
Bu xəbər 16 Oktyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















