Azərbaycan qazax mahnıları festivalında təmsil olunub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Astana, 24 iyun, AZƏRTAC
Qazaxıstanın Türküstan şəhərində “Voice of Turan – 2025” beynəlxalq qazax mahnıları festivalı keçirilib.
AZƏRTAC Türküstan vilayəti administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, festivalda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tunis, Portuqaliya, Rumıniya, Kuba, İtaliya, Cənubi Afrika Respublikası, San-Marino, Ekvador, İndoneziya, Bolqarıstan, habelə Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva respublikalarından ifaçılar iştirak ediblər.
Festival iştirakçıları iki gün ərzində geniş beynəlxalq auditoriyaya qazax xalqının zəngin musiqi irsini nümayiş etdirib, görkəmli bəstəkarların əsərlərini təqdim ediblər.
Tədbirin final mərhələsində hər bir iştirakçı öz üslubunda qazax mahnısı ifa edib. Müsabiqənin nəticələrinə görə, əsas mükafata İtaliyadan olan istedadlı müğənni Vinçenzo Kantiello layiq görülüb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana


