Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib

Azərbaycan Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında ekspertlər səviyyəsində müntəzəm görüşlərin, akademik mənbələrin formalaşdırılması istiqamətindəki birgə işin əhəmiyyətini vurğulayıb. F.Şəfiyev belə iclasların gələcəkdə Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələrinin iştirakı ilə birgə keçirilməsinin mümkünlüyünü qeyd edib.

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alim Bayel ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin vacibliyini vurğulayıb. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişə toxunan diplomat bu layihələrin regionla yanaşı, qlobal səviyyədə də mühüm töhfələr verəcəyini bildirib. Hər iki ölkə üçün prioritet istiqamətlərdən danışan səfir beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın və Qazaxıstanın bir-birinə daim qarşılıqlı dəstək nümayiş etdirdiyini deyib.

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Erkin Tukumov son illərdə iki ölkə arasında münasibətlərin intensivləşməsi, Azərbaycanın Qazaxıstanın Cənubi Qafqazdakı əsas tərəfdaşı olduğunu və bu tərəfdaşlığın ortaq strateji baxış və qarşılıqlı dəstəyə əsaslandığı bildirib. O, deyib: "Nəqliyyat və tranzit dinamikasında əhəmiyyətli artım var. Təkcə son bir ildə Transxəzər marşrutu üzrə daşımaların həcmi 62% və ya 4,5 milyon ton yük artıb. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinin həcmi 1,4 milyon ton təşkil edib və biz ortamüddətli perspektivdə bu həcmin ildə 2,2 milyon tona çatacağını gözləyirik”.

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin müşaviri Rövşən Kazımov ikitərəfli münasibətlərin artan dinamikasının məmnunluq doğurduğunu, Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu qeyd edib.

Daha sonra BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı “Qazaxıstan-Azərbaycan: aktual məsələlər və ikitərəfli əməkdaşlığın perspektivləri” sərlövhəli icmalı təqdim edib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru Talqat Kaliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktorunun müavini Ramin Qəmbərov, Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin Dəniz Limanları İdarəsinin rəisi Jasulan Kerimbayev, İqtisadi Tədqiqatlar İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov, Beynəlxalq Türk Akademiyasının baş eksperti Timur Kozırev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Qlobal İqtisadiyyat və Davamlı İnkişaf Departamentinin baş eksperti Baurjan Umirzakov, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə çıxışlar ediblər.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan Ekspert Şurasının I iclası 2022-ci il avqustun 19-da, ikinci iclas 2023-cü il aprelin 7-də, üçüncü iclas isə 2024-cü il martın 13-də keçirilib. Hər il keçirilən ekspert şurasının iclasları iki ölkənin mütəxəssislərini bir araya gətirir, akademik fikir mübadiləsi üçün əlverişli imkan yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri