Azərbaycan Qazaxıstandan taxıl idxalını kəskin artırıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astana, 20 iyun, AZƏRTAC
2024-cü ilin sentyabrından 2025-ci il iyununun 18-dək Qazaxıstanın yeni taxıl məhsullarının ixracı həcmi 8,7 milyon ton təşkil edib. Bu ölkədən Azərbaycana ixracın həcmində də kəskin artım (116,6 dəfə) müşahidə olunub.
AZƏRTAC Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ümumi ixrac artımı 2023-2024-cü illərin analoji dövrü ilə müqayisədə 58,7 faiz çoxdur.
Məlumatda qeyd olunub ki, əsas ixrac istiqamətlərinə ənənəvi bazarlar daxildir: Özbəkistan - 3,1 milyon ton (+30,3 faiz), Tacikistan - 1,2 milyon ton (+46,1 faiz), Əfqanıstan - 285 min ton (+37 faiz), Qırğızıstan - 209 min ton (+85,5 faiz), İran - 963 min ton (artım - 17,2 min dəfə), Azərbaycan – 696 min ton (artım – 116,6 dəfə).
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















