Icma.az
close
up
RU
“Azərbaycan Qazaxıstanın Avropaya açılan qapısıdır” Deputat

“Azərbaycan Qazaxıstanın Avropaya açılan qapısıdır” Deputat

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə başçısı İlham Əliyev oktyabrın 20-də Qazaxıstana səfər edib. Astana şəhərində yüksək səviyyədə keçirilən bu səfər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edib.

Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan dövlət başçıları təkbətək və geniş tərkibdə görüşlər keçiriblər.

Görüşlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanın və Prezident İlham Əliyevin beynəlxalq arenada, xüsusilə Türk dünyasında artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Azərbaycan–Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, dövlət başçısının Qazaxıstana səfəri tarixi hadisə kimi səciyyələndirilir.

Hikmət Babaoğlunun sözlərinə görə, Prezident İlham Əliyev geniş mənada regionu və ümumilikdə dünya siyasətini yeni istiqamətə yönəldən, Azərbaycan tarixində yeni bir səhifə açan siyasət yürüdür.

“Məhz Qazaxıstanda keçirilən görüşlər bu yeni siyasətin və yeni vizionun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qazaxıstanla Azərbaycanın iqtisadi və enerji resursları, coğrafi mövqeləri bir-birini tamamlayır. Xəzərin bu və o tayında yerləşən iki ölkəni həm imkanlar, həm də təhdidlər baxımından oxşar vəziyyət birləşdirir” – deyə deputat qeyd edib.

O xatırladıb ki, Azərbaycan bu təhdid mənbələrinə qarşı mübarizədə böyük zəfər əldə edib və bu da Prezident İlham Əliyevin regional lider kimi nüfuzunu daha da artırıb:

“Azərbaycan Prezidenti həm siyasi, həm diplomatik, həm də hərbi müstəvidə qalib gəlmiş liderdir. Bu səbəbdən onun qalib obrazı Qazaxıstanda da böyük rəğbət doğurur və rol model kimi qəbul olunur.

Qazaxıstan–Azərbaycan münasibətləri Prezident İlham Əliyevin dövlət səfərindən sonra yeni bir mərhələyə qədəm qoyur. Yeni reallıqlar fonunda isə yeni perspektivlər yaranır. Çünki nəticə etibarilə Azərbaycan Qazaxıstanın Avropaya açılan qapısı rolunu oynayır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri