Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstanın əlaqələrinin gələcəkdə daha da dərinləşəcəyi şübhəsizdir ŞƏRH EDİLDİ

Azərbaycan Qazaxıstanın əlaqələrinin gələcəkdə daha da dərinləşəcəyi şübhəsizdir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qazaxıstan ilə Azərbaycan arasındakı münasibətlər dərin tarixi köklərə söykənir. Bizi birləşdirən amillərin başında ortaq dil, din, mədəniyyət və mənəvi dəyərlər dayanır. Qədim dövrlərdən bu yana bu iki xalq arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlər formalaşıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, hər iki ölkə türk dünyasının ayrılmaz hissəsidir və bu mənəvi bağlar əsrlər boyu xalqlarımız arasında qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirib:

"Azərbaycan ilə Qazaxıstan arasındakı diplomatik münasibətlərin yeni mərhələsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlanıb. Onun uzaqgörən siyasəti nəticəsində qarşılıqlı əlaqələr təkcə siyasi sahədə deyil, həm də iqtisadi, humanitar və mədəni istiqamətlərdə sürətlə inkişaf edib. Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edib və bu gün də iki ölkə arasındakı əməkdaşlığın ideoloji bünövrəsi kimi qalır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Qazaxıstana dəfələrlə etdiyi rəsmi səfərlər, imzalanan sənədlər və birgə layihələr qarşılıqlı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Ticarət, nəqliyyat-logistika, enerji, mədəniyyət və təhsil sahələrində bir çox ortaq layihələr həyata keçirilir. Xüsusilə Xəzər dənizi vasitəsilə yükdaşımaları, “Orta Dəhliz” layihəsi və enerji əməkdaşlığı iki ölkənin iqtisadi əlaqələrinə yeni dinamika gətirib.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli müstəvidə deyil, həm də BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB kimi beynəlxalq və regional qurumlar çərçivəsində fəal əməkdaşlıq edirlər. Hər iki ölkə türk dünyasının birliyi, regionda sabitliyin və inkişafın təmin olunması istiqamətində eyni mövqedən çıxış edir. Bu gün Azərbaycan–Qazaxıstan münasibətləri təkcə siyasi dostluqla məhdudlaşmır, həm də xalqlar arasında dərin mədəni və insani bağlarla möhkəmlənir. Müxtəlif mədəni tədbirlər, təhsil proqramları, gənclər mübadiləsi layihələri bu əlaqələrin gələcək nəsillərə ötürülməsini təmin edir. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıqdan da artıq – qardaşlıq səviyyəsinə çatıb. Qarşılıqlı etimad, bir-birinin suverenliyinə və müstəqilliyinə hörmət prinsipi bu münasibətlərin əsasını təşkil edir. Azərbaycan və Qazaxıstanın əlaqələrinin gələcəkdə daha da dərinləşəcəyi, ortaq layihələrin sayının artacağı və türk dünyasında birliyin möhkəmlənməsinə xidmət edəcəyi şübhəsizdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri