Icma.az
close
up
RU
Azərbaycan Qərbə işıq saçır: Bakı Berlin əməkdaşlığı daha da dərinləşir ŞƏRH

Azərbaycan Qərbə işıq saçır: Bakı Berlin əməkdaşlığı daha da dərinləşir ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Ölkə başçısı İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafına yeni impuls verəcək. Eyni zamanda, bu səfər həm ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həm də regional və qlobal proseslər fonunda Azərbaycanın artan rolunun bir daha nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatı, Avropanın aparıcı sənaye dövləti və qitənin iqtisadi inkişafının əsas lokomotivlərindən biri hesab edilir.
Məhz bu səbəbdən Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın genişlənməsi qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birbaşa xarici investisiyaların cəlb olunması, sənaye kooperasiyasının inkişaf etdirilməsi, yüksək texnologiyaların tətbiqi və innovativ istehsal sahələrinin yaradılması üçün mühüm imkanlar açır.
Almaniyanın Avropa İttifaqında tutduğu aparıcı mövqeni nəzərə alsaq, Berlinlə münasibətlərin inkişafı Azərbaycan üçün yalnız ikitərəfli əməkdaşlıq deyil, eyni zamanda, Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi baxımından da mühüm strateji əhəmiyyət daşıyır.
Almaniyanın qabaqcıl texnoloji təcrübəsi, yüksək idarəetmə standartları və güclü sənaye potensialı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
"Enerji sahəsində əməkdaşlıq da Azərbaycan–Almaniya münasibətlərinin strateji sütunlarından biridir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol əhəmiyyətli dərəcədə artıb. Qlobal enerji böhranı fonunda ölkəmiz Avropa üçün etibarlı enerji tərəfdaşlarından birinə çevrilib.
Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 12 ölkəsinə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir. Eyni zamanda, qaz ixracının həcmi ildən-ilə artır və bu istiqamətdə yeni layihələr həyata keçirilir.
Almaniya Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan isə Cənubi Qafqaz regionunda Almaniyanın ən böyük ticarət tərəfdaşı hesab olunur. İki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard avronu ötür və Almaniya Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda Almaniya kapitallı 250-dən çox müəssisənin fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğunu təsdiqləyir.
Müasir qlobal çağırışlar Azərbaycanın iqtisadiyyatında yeni transformasiya mərhələsini sürətləndirib. Kənd təsərrüfatı və rəqəmsal transformasiya ilə bağlı qəbul edilmiş dövlət proqramları iqtisadiyyatın müasir texnologiyalar əsasında inkişafını hədəfləyir. Bu istiqamətdə Almaniyanın zəngin təcrübəsindən faydalanmaq xüsusi əhəmiyyət kəsb edir.

dövlətimizin başçısının iyulun 20-də Almaniyaya rəsmi səfəri çərçivəsində ilk görüşünü Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirməsi iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir. Görüş zamanı Azərbaycan və Almaniya şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanıb, bu əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi, ənənəvi və yaşıl energetika, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika imkanları, investisiya layihələri və sənaye kooperasiyası məsələləri geniş müzakirə olunub.
Ən önəmli məqamlardan biri də odur ki, Bakı ilə Berlin arasında qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan davamlı siyasi dialoq regional proseslərin Avropada daha obyektiv qiymətləndirilməsinə, etimadın möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın genişlənməsinə xidmət edir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə yeni geoiqtisadi reallıqlar fonunda xüsusi aktuallıq qazanır.
Orta Dəhlizin inkişafı Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında əsas tranzit qovşaqlarından birinə çevrilməsini sürətləndirir. Dünyanın ən böyük ixracyönümlü iqtisadiyyatlarından biri olan Almaniya üçün etibarlı və alternativ nəqliyyat marşrutlarının formalaşdırılması strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın geostrateji mövqeyi Berlin üçün də artan maraq doğurur.
Dövlət başçıları arasında keçirilən danışıqlar, imzalanan sənədlər və mətbuata verilən birgə bəyanatlar Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcək yeni yol xəritəsinin formalaşmasına mühüm töhfə verəcək. Bu səfər yalnız ikitərəfli münasibətlərin deyil, həm də Azərbaycanın Avropa ilə strateji tərəfdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri