Azərbaycan Qəzzada beynəlxalq sülhməramlı qüvvənin tərkibində yer alacaq
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misir hökuməti Qahirənin nəzarəti və BMT Təhlükəsizlik Şurasının icazəsi ilə Qəzza zolağında yerləşdiriləcək çoxmillətli sülhməramlı qüvvə formalaşdırmaq planı hazırlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.
Bildirilib ki, bu qüvvədə Azərbaycan, Türkiyə və İndoneziya da daxil olmaqla bir sıra İslam ölkələrinin hərbi kontingentlərinin iştirakı nəzərdə tutulur.
Diplomatik mənbələrin bildirdiyinə görə, təxminən 4 min nəfərlik bu beynəlxalq qüvvə Qəzzada atəşkəsin qorunması və Fələstin vətəndaş institutlarının bərpasına dəstək məqsədi daşıyacaq. Qüvvə Misirin nəzarəti altında və BMT Təhlükəsizlik Şurasının razılığı ilə fəaliyyət göstərəcək.
Misirin xarici işlər naziri Bədr Əbdülati qeyd edib ki, təşəbbüsün məqsədi Fələstin xalqını dəstəkləmək və onlara öz talelərini idarə etmək imkanı verməkdir.
O, bu planın Fransa və Britaniya ilə koordinasiyalı şəkildə irəli sürüldüyünü vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az


