Azərbaycan Qəzzaya sülhməramlı göndərəcək? Hikmət Hacıyevdən CAVAB
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs planı çərçivəsində yaradılması nəzərdə tutulan beynəlxalq qüvvələrdə Azərbaycanın mümkün iştirakı ilə bağlı hələ yekun qərar qəbul edilməyib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yaponiyanın "Nikkei" nəşrinə müsahibəsində bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, Vaşinqton Bakıdan “Beynəlxalq sabitləşdirmə qüvvələri”nə Azərbaycan hərbçilərinin cəlb olunmasını xahiş edib, lakin bu məsələ bir sıra suallar doğurduğu üçün qərar vermək çətindir. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə Qəzzada əməliyyatların konkret qaydaları, fəaliyyət mexanizmləri və missiyanın mandatı ilə bağlı aydınlıq yaratmır. Məhz bu qeyri-müəyyənliklər Azərbaycanın mümkün iştirakını sual altına alır.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən ay Qəzzada “Beynəlxalq sabitləşdirmə qüvvələri”nin yaradılması ilə bağlı qətnaməni təsdiqləyib. Bu təşəbbüs Türkiyə, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan və İordaniya tərəfindən rəsmi şəkildə dəstəklənib. Planlara əsasən, bu qüvvələr Qəzzada təhlükəsizliyin təmin olunması, bölgənin demilitarizasiyası və gələcəkdə Fələstin polis qüvvələrinin hazırlanmasına cavabdeh olacaq.
Baxış sayı:77
Bu xəbər 23 Dekabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















