Icma.az
close
up
RU
Azərbaycan Qəzzaya sülhməramlılar göndərəcək AÇIQLAMA

Azərbaycan Qəzzaya sülhməramlılar göndərəcək AÇIQLAMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün Misirin Şarm əl-Şeyx şəhərində Qəzza ilə bağlı liderlər sammiti keçiriləcək. Sammitdə iştirak edəcək liderlərin siyahısı artıq Misir hökuməti tərəfindən elan edilib. Siyahıda bir çox dövlət və hökumət başçısının, həmçinin Prezident İlham Əliyevin adı var.

Qəzza üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən yeni sülh planı bölgədə uzunmüddətli sabitliyin bərpasını hədəfləyir. Bir çox yeni təkliflərlə yanaşı beynəlxalq sülhməramlı qüvvələrin Qəzzada yerləşdirilməsi müzakirə olunur. Bu qüvvələrin məqsədi atəşkəsin qorunması, humanitar yardımın təhlükəsiz çatdırılması və tərəflər arasında etimadın bərpasına dəstək vermək olacaq.

Sülhməramlı missiyanın tərkibinə əsasən BMT, Misir, Qətər və bir neçə Avropa ölkəsinin nümayəndələrinin daxil ediləcəyi gözlənilir. İsrail bu təşəbbüsə şərti dəstək göstərsə də, təhlükəsizlik nəzarətinin tam şəkildə saxlanmasını tələb edir. Türk ordusunun da Qəzzada iştirakı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan ordusunun sülhməramlı əməliyyatlarda ciddi təcrübəsi var. Ordumuzun əsgərləri Kosova, İraq, Əfqanıstan və Cənubi Sudanda sülhməramlı kimi iştirak edib.

Modern.az-a açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, Yaxın Şərqdə məsələlərin müzakirəsi Azərbaycansız ötüşmür:

"25 dövlətin, o cümlədən Azərbaycan lideri bu gün Misirin Şarm Əl-Şeyx şəhərində toplaşır. Deməli, Yaxın Şərqdə baş verən proseslərdə hər dəfə Azərbaycanın iştirakı sadə məsələ deyil. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna münasibətdir. Məhz buna avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqavləsinin bağlanması ilə əlaqədar keçirilən Vaşinqton sammiti də təsirli olub. Yəni sülhə gedən, sülh müqaviləsini parafalayan dövlət kimi Azərbaycan rəğbət görür. Yenə deyirəm ki, Yaxın Şərqdə bu məsələlər Azərbaycansız müəyyən mənada ötüşmür. Ona görə ki, Azərbaycanın təcrübəsi var. Misal üçün Əfqanıstanda da Azərbaycan sülhməramlıları iştirak etmişdi".

İ.İsmayıl vurğulayıb ki, Azərbaycan əsgərinin Qəzzaya göndərilməsi ehtimalı yüksəkdir və bu onun nüfuzunun göstəricisi olacaq:

"Ora bizim konkret olaraq, əsgər göndərməyimiz mümkündür. Çünki bizim beynəlxalq təcrübəmiz var. Yaxın Şərqdə islam, eyni zamanda İsraillə dostluq faktoru da rol oynayır. Hər iki tərəflə dil tapmaq, danışmaq Azərbaycan ordusunun əsgərinin nüfuzunu, orada praktiki formada işlək olduğunun göstəricisi olacaq. Digər yandan Azərbaycanın yalnız İsrailin tərəfində olması, Fələstinin dəstəkləməməsi kimi ciddi ittihamları aradan qaldıracaq.

Yəni bununla göstərəcəyik ki, biz sülhməramlıyıq, hər iki tərəfə münasibətimiz sülh yanaşmasıdır. Yəni ki, bizim özümüz də bu proseslərdən keçdiyimizə görə, təcrübə və nüfuzumuz olduğundan Azərbaycan dövlət başçısının Şarm Əl-Şeyxdə iştirakı və prespektivdə ora əsgər göndərməyimiz nüfuzumuzun xeyli artdığını göstərir. Biz Əfqanıstan da Türkiyə Silahlı Qüvvələri ilə birgəydik.

Mümkündür ki, indiki variantda da Türkiyə Silahlı Qüvvələri ilə eyni komandanlıq altında fəaliyyət göstərmiş olaq. Yenə deyirəm, bu bizim nüfuzumun göstəricidir. Sadəcə olaraq, biz BMT silahlı qüvvələri deyilik ki, deyək, hər dövlət, o cümlədən Azərbaycan da orada iştirak edir. Yox, bu belə deyil. Söhbət Azərbaycanın təcrübəsindən və nüfuzundan gedir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri