Azərbaycan QHT lərinin də peşə bayramı günü təsis edilə bilər Rauf Zeyni
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
27 fevral dünyada Beynəlxalq QHT Günü münasibətilə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirdi ki, indiyə qədər Azərbaycanda bu günlə bağlı xüsusi tədbirlər keçirilməyib.
"Biz uzun müddətdir qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək veririk və vətəndaş cəmiyyəti institutlarının inkişafına töhfə verməyə çalışırıq. Lakin yaddaşımda olan qədər, milli QHT-lər bu beynəlxalq günü qeyd etməyib. Bu il isə Beynəlxalq QHT Günü mediada diqqət mərkəzinə düşüb və bu barədə müəyyən informasiyalar yayımlanıb," – deyə Rauf Zeyni vurğulayıb.
QHT sədri qeyd edib ki, Azərbaycanda müxtəlif sahələrdə çalışan peşəkarlar üçün xüsusi günlər mövcuddur, lakin QHT sektorunda belə bir rəsmi peşə bayramı təsis olunmayıb. "İnanıram ki, yaxın gələcəkdə Azərbaycan QHT-lərinin də peşə bayramı günü müəyyən ediləcək və bu, sektorun inkişafına töhfə verəcək. Belə olan halda QHT-lər də öz peşə bayramlarında xüsusi tədbirlər təşkil edə biləcəklər," – deyə Rauf Zeyni əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Rauf Zeyni: Azərbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynayır
02 İyul 2025 14:01
Rauf Zeyni: Azərbaycan COP29 çərçivəsində qlobal iqlim layihələrində önəmli rol oynaya bilər
20 Noyabr 2024 19:32
Rauf Zeyni: Güclülər ədalətsiz, ədalətlilər isə gücsüzdür
18 Fevral 2025 12:28
Qarabağda Azərbaycan QHT lərinin Əməkdaşlıq Forumu keçiriləcək
03 Sentyabr 2025 21:33
Azərbaycan QHT lərinin digər ölkələrin QHT lərlə intensivləşdirilməsi mühüm hadisədir Politoloq
04 Dekabr 2025 17:20
Baxış sayı:117
Bu xəbər 27 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları