Icma.az
close
up
RU
Azərbaycan QHT si ilk dəfə Kərkükdə musiqi klipi çəkdi Fotolar

Azərbaycan QHT si ilk dəfə Kərkükdə musiqi klipi çəkdi Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi bu il “Türkman marşı”nı ərsəyə gətirib. 

“Qafqazinfo” xəbər verir ki, marşı təşkilatın sədri, vətənpərvərlik mahnılarının görkəmli ifaçısı Şəmistan Əlizamanlı ifa edib.

Musiqi əsərinin sözləri tanınmış türkman şairi, vaxtilə Kərkükün polis rəisi olan və sui-qəsd nəticəsində öldürülmüş Sabah Karaaltına (1956-2006) məxsusdur.

Layihənin donoru Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Musiqi əsərinə klip çəkilişləri Kərkükdə olub.

Şəmistan Əlizamanlı bildirib ki, bu, Azərbaycanın Kərkükdə ilk klip çəkilişi olmaqla, tarixi hadisədir:

“Bir neçə gün əvvəl İraqdan qayıtmışıq. Türkmaneli TV-nin də yaxından dəstəyi ilə orada klip çəkilişlərimiz baş tutdu. Təəssüratlarım çox yüksəkdir. Türkmanlar soykökü, qanı, dili, dini eyni olan can qardaşlarımızdır. İllərin həsrəti, ayrılığı bizi çox üzüb, indi şükürlər olsun ki, Azərbaycan və İraq münasibətləri elə səviyyəyə qalxıb ki, türkman qardaşlarımızla əlaqələrimiz getdikcə genişlənir. Bu ilin martında Bakıda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirildi. Həmin forum mədəni əlaqələrimizin bərpası üçün böyük təkan oldu. Türkman irsinin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev “İraq-türkman poeziya antologiyası”nı tərtib edib, həmin antologiyanın redaktoru da professor Sübhi Saatçıdır. Həmin kitabda Sabah Karaaltının bir şeiri məni çox təsirləndirdi. Həmin şeirdə Təlafərdən, Məndəlidən bəhs olunur. Kitabda Qəzənfər Paşayev də izah verirdi ki, Təlafər İraqın Türkiyə sərhədində bir şəhərdir, Məndəli isə ölkənin lap cənubunda, İran sərhədinə yaxın bir türkman qəsəbəsidir. Türkmanlar bütün ölkə boyu bu iki məntəqə arasında məskunlaşıblar. Bu şeir mənə ilham verdi ki, onun musiqisini də bəstələyim. Nəticədə “Türkman marşı” ərsəyə gəldi. Aranjimançısı Asif Kərimov, səs rejissoru Faiq Ələkbərov olan bu musiqi əsəri düşünürəm ki, Sabah Karaaltının da ruhunu sevindirəcək. Mən bu musiqi əsərini əziz türkman qardaşlarımıza hədiyyə edirəm”.

2026-cı ilin yanvarında Kərkükdə çəkilmiş musiqi klipinin Bakıda təqdimat mərasimi keçiriləcək. Hazırda montaj işləri davam edir.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri