Icma.az
close
up
RU
Azərbaycan QHTləri UNESCOya müraciət etdi: Ermənistanla bağlı

Azərbaycan QHTləri UNESCOya müraciət etdi: Ermənistanla bağlı

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıb.

"Cebheinfo.az" xəbər verir ki, məktubda deyilir:

“Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib.

Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətlə üzləşib.

Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb”.

Azərbaycan QHT-ləri bunu qəbuledilməz sayıb və qeyd olunub ki, Aşıq Ələsgərin məzarı da bu cür münasibətlə üzləşib.

Bildirilib ki, bu geniş miqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib:

“Ermənistan ərazisində qalan yeganə məscid - İrəvandakı Göy Məscid saxtalaşdırılaraq “fars məscidi” kimi təqdim edilir”.

Məktubda xüsusi qeyd edilir ki, İrəvanda yerləşən və Azərbaycanın tarixi şəhərinin yeganə qalıqları olan Təpəbaşı məhəlləsi tamamilə məhv təhlükəsi ilə üz-üzədir, bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, UNESCO praktiki addımlar atmayıb: “UNESCO-nun məsələyə təcili müdaxiləsi zəruridir. Təşkilatın üzv dövlətlərindən biri tərəfindən mədəni mülkiyyətin məqsədyönlü şəkildə məhvinə və Azərbaycanın mədəni irsinin, tarixi köklərinin inkar edilməsinə qarşı UNESCO prinsipial və ardıcıl mövqe nümayiş etdirməlidir.

Biz – Azərbaycanın QHT nümayəndələri UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsini, Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətini monitorinq etməsini və sənədləşdirməsini, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunmasını bir daha xahiş edirik”.

Açıq Məktubu “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Qərbi Azərbaycan İcması, “Miras” Mədəni İrsin Təbliği İctimai Birliyi, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyi, “Zəngəzur” Cəmiyyətləri, Beynəlxalq Avrasiya Mətbuat Fondu, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyəti, Azərbaycan Milli İnsan Hüquqları Cəmiyyəti, “Hüquqların və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi, “Obyektiv” Milli Dəyərlərin Təbliği İctimai Birliyi, “Prioritet” Sosial İqtisadi Tədqiqatlar Mərkəzi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, “ICOMOS Azərbaycan” İctimai Birliyi, Cəfər Cabbarlı Mədəniyyət, Elm və Təhsilin İnkişafı İctimai Birliyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi, Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası, “Əbədi Turan” Kitab Fondu, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”, Mirzə Ələkbər Sabir Fondu, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi, “İz” Mədəni İnkişaf və Dəstək İctimai Birliyi və Müvəkkil Hüquq Mərkəzi imzalayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri