Azərbaycan qırıcıları qaldırdı: “Hədəflər” vuruldu Video
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, şəxsi heyətin, silah və texnikanın, eləcə də aviasiya vasitələrinin cəlb edilməsi ilə müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqlar icra edilir.
Aviasiya vasitələri müəyyən edilmiş marşrutlar üzrə müxtəlif yüksəkliklərdə ustalıqla manevrlər edir, şərti düşmənin hava hədəflərinə, radar və zenit-raket komplekslərinə, hərbi texnika və terrorçuların yerüstü mövqelərinə zərbələr endirilir.
Məşqlərin məqsədi pilotların praktiki vərdişlərini təkmilləşdirmək, aviasiya vasiələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olmaq və onların təlimdə qarşıya qoyulmuş tapşırıqların mürəkkəb hava və relyef şəraitində yerinə yetirilməsi üzrə qabiliyyətlərini yoxlamaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 25 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















