Azərbaycan qızıl ixracını artırıb, idxal isə tamamilə dayanıb
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin ilk 2 ayında Azərbaycandan İsveçrəyə 918,68 kiloqram emal olunmamış formada qızıl ixrac olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan qızılın ümumi gömrük dəyəri 60 milyon 671,1 min dollar (1 qramı 66 dollar) olub.
Qeyd edək ki, ötən illə müqayisədə İsveçrəyə ixrac olunan qızılın miqdarı 22,8% və ya 170,39 kiloqram çox olub. İxrac olunan qızılın bir qramının orta gömrük dəyəri də 22,9% və ya 12,3 dollar artıb.
Məlumat üçün onu da bildirək ki, qızıl ixracından fərqli olaraq bu ilin ilk 2 ayında Azərbaycanın xaricdən idxal etdiyi qızıl tamamilə dayanıb. Belə ki, ötən ilin ilk 2 ayında Azərbaycan 16 ölkədən ümumi dəyəri 1,4 milyard dollar olan 15 min 868,46 kiloqram qızıl idxal edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan çay ixracını artırıb
25 Mart 2026 18:29
Azərbaycan fındıq ixracını artırıb
17 İyun 2026 16:11
Azərbaycan pomidor ixracını artırıb
18 Avqust 2026 11:47
Azərbaycan qaz ixracını artırıb
15 Oktyabr 2026 10:40
Azərbaycan İtaliyaya qeyrineft ixracını artırıb
26 Dekabr 2024 18:26
Baxış sayı:148
Bu xəbər 23 Aprel 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















