Icma.az
close
up
RU
Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun bariz göstəricisidir. Bu səfər həm Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də qlobal çağırışlara töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. BMT Baş Assambleyası dünya dövlətlərinin liderlərinin, hökumət başçılarının və beynəlxalq təşkilat nümayəndələrinin toplaşdığı ən böyük qlobal platformadır: “Burada iştirak yalnız rəmzi xarakter daşımır, eyni zamanda dövlətlərin mövqelərinin açıqlanması, yeni əməkdaşlıqların qurulması və strateji təşəbbüslərin irəli sürülməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycanın bu mühüm beynəlxalq platformada aktiv mövqeyini göstərir. Azərbaycan artıq yalnız regional proseslərdə deyil, həm də qlobal miqyasda mühüm tərəfdaş və etibarlı dövlət kimi qəbul olunur”. Enerji sahəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, Zəngəzur dəhlizi kimi nəqliyyat layihələri isə Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təsdiqidir. Bu, Azərbaycanın yalnız enerji və nəqliyyat deyil, həm də qlobal ekoloji problemlərin həllində fəal iştirak edən, məsuliyyətli tərəfdaş olduğunu sübut edir.

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib. “Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan da COVID-19 pandemiyası ilə mübarizədə nümunəvi dövlətlərdən oldu. Dünyanın gözləmədiyi anda belə bir xəstəliklə üz-üzə qalması bütün ölkələrin səhiyyə sisteminin yüklənməsinə gətirib çıxartdı. Lakin pandemiya elan olunduğu ilk vaxtlardan xəstəliklə mübarizədə dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, ölkə rəhbərinin tapşırığı ilə respublikamızda yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi, klinikaların açılması, lazımi tibbi təchizat və avadanlıqların vaxtında ölkəyə gətirilməsi problemi qarşıladı, ağır fəsadların yaranmasına imkan vermədi. Bununla yanaşı, Azərbaycan qlobal səyləri səfərbər edən, COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri oldu. Eyni zamanda infeksiyaya qarşı hazırlanan peyvəndin alınması üçün ilk günlərdən  danışıqlara başlanıldı. Bunların nəticəsidir ki, Cənubi Qafqazda COVID-19 əleyhinə vaksinasiyaya başlayan ilk ölkə Azərbaycan oldu. Dövlət siyasətində əhalinin sağlamlığını prioritet tutan Prezident cənab İlham Əliyev pandemiya dönəmində daim vəziyyətə birbaşa nəzarət etdi, lazımi tapşırıqlarını verdi, eyni zamanda beynəlxalq tədbirlərdə peyvəndlərin bərabər və ədalətli şəkildə paylanılması məsələsinə daim toxunaraq BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürmüşdür. Azərbaycan pandemiya ilə mübarizədə 80-dan çox ölkəyə humanitar yardım etdi, bəzi ölkələrə vaksin göndərdi, eyni zamanda ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etdi. Pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Səfər çərçivəsində Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri və hökumət nümayəndələri, nüfuzlu təşkilatların rəhbərləri ilə görüşləri diqqət mərkəzindədir. Bu görüşlər Azərbaycanın xarici siyasətində balanslı, müstəqil və milli maraqlara söykənən kursunun uğurla davam etdirildiyini göstərir. Müzakirələrin əsas mövzuları enerji təhlükəsizliyi, nəqliyyat-tranzit layihələri, qlobal iqlim dəyişmələri ilə mübarizə, regional sülh və təhlükəsizlik məsələlərini əhatə edir. Azərbaycanın təşəbbüsləri beynəlxalq aləmdə böyük maraqla qarşılanır, çünki ölkəmiz həm etibarlı tərəfdaş, həm də yeni əməkdaşlıq imkanlarının açarı kimi tanınır.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Sentyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri