Icma.az
close
up
RU
“Azərbaycan qlobal səviyyədə özünün öhdəliklərinə çox hörmətlə yanaşır”

“Azərbaycan qlobal səviyyədə özünün öhdəliklərinə çox hörmətlə yanaşır”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Məlum olduğu kimi dekabrın 19-da Misirin paytaxtı Qahirədə Azərbaycanın Baş nazirinin də iştirak etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammiti keçirildi. Tədbir zamanı Azərbaycanın həmin təşkilata üzvlüyü reallaşdı və bununla bağlı Prezident İlham Əliyev də özünün sosial şəbəkə hesabından məlumat paylaşaraq bildirdi ki, Azərbaycan bu Təşkilatda da özünün uğurlu fəaliyyətini ortaya qoyacaq, Təşkilatın fəaliyyətinə müsbət töhfələrini verəcək”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov deyib.

X.Bəşirov vurğulayıb ki, Azərbaycan bütün platformalarda özünün uğurlu fəaliyyəti ilə diqqət mərkəzindədir: “Biz bu sırada çox sayda beynəlxalq təşkilatların adlarını sadalaya bilərik. Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü oldu və bu təşkilat başda olmaqla ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatındakı fəaliyyət, qısa müddət sonra ora Azərbaycanın sədr seçilməsi, 4 ilə qədər bu sədrliyi uğurla həyat keçirməsi, Qoşulmama Hərəkatı platformasından istifadə edərək qlobal problemlərin həllində təşəbbüslər ortaya qoyması, bu təşəbbüslər nəticəsində uğurların əldə edilməsi göstərdi ki, Azərbaycan həqiqətən də qlobal səviyyədə özünün öhdəliklərinə çox hörmətlə yanaşır, eyni zamanda, uğurlu fəaliyyət ortaya qoya bilir. Bu da təbii ki, dövlətimizin yürütdüyü siyasətin uğurundan xəbər verir, xüsusilə də xarici siyasətimiz sahəsində ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin müsbət, uğurlu fəaliyyətini gündəmə gətirir”.

O əlavə edib ki, Qoşulmama Hərəkatından başqa Azərbaycan bir sıra digər təşkilatlara, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatına qonaq qismində, daha sonra İslam Əməkdaşlıq Təşkilatına dəvət olunub: “Hətta nəzər yetirsək görərik ki, II Qarabağ müharibəsində əldə etdiyimiz uğurlardan sonra Azərbaycan Prezidenti üzv olmadığımız bir sıra beynəlxalq təşkilatlara fəxri qonaq qismində dəvət edilir və həmin o tədbirlərdə iştirak edir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının yaradılması və onun fəaliyyətinin Azərbaycana müsbət töhfələri təbii ki, bütün bunlar ondan xəbər verir ki, Azərbaycan bu istiqamətlərdə artıq oturuşmuş bir siyasət, fəaliyyət ortaya qoya bilir. Bu da təqdir olunur, müsbət dəyərləndirilir və beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıq etməyə üstünlük verirlər”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see147

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see127

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see124

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see119

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see117

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see115

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see115

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see114

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

APL klublarının transfer fəallığı

14 İyul 2025 03:41see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

18 yaşını xüsusi parti ilə qeyd edən Lamin Yamal hakim qarşısına çıxmalı olacaq

14 İyul 2025 08:49see112

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see111

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri