Icma.az
close
up
RU
Azərbaycan qlobal sülh və sabitlik naminə mühüm addımlar atır

Azərbaycan qlobal sülh və sabitlik naminə mühüm addımlar atır

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyevin siyasi müdrikliyi aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bir daha müşahidə olundu. Dövlətimizin başçısının beynəlxalq forumda çıxışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu.

Azərbaycan qlobal iqtisadi-siyasi təlatümlər fonunda ictimai-siyasi cəhətdən sabit, iqtisadi baxımdan dinamik inkişaf edən ölkə olaraq hər kəsin diqqətini cəlb edir. Dünyanın gərginlik yaşadığı bir zamanda Azərbaycanın sabitlik adasına çevrilməsi dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən və düzgün siyasətin nəticəsidir. Bu gün Azərbaycan beynəlxalq arenada təşəbbüskar bir ölkə kimi çıxış edir. Ölkəmizin artan beynəlxalq nüfuzu qlobal məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Bakı, Xankəndi, Şuşa kimi şəhərlərimiz beynəlxalq konfranslara ev sahibliyi edir, dünyəvi problemlərin müzakirə olunduğu mərkəzə çevrilir. Bütün bunlar Azərbaycanın düzgün və qətiyyətli yolda olduğunu göstərir.
“Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum çərçivəsində dünyanın narahat edən qlobal məsələlərinin Azərbaycanda müzakirə edilməsi ölkəmizin mövqeyinə verilən önəmin, zəngin təcrübəyə malik olmasının, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəyin təqdimatıdır. Cənab İlham Əliyevin “Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər” ifadəsi heç də təsadüfi deyildi. Bu fikir Azərbaycanın yerləşdiyi unikal coğrafi mövqeyin – Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşən mühüm geostrateji məkanda qərar tutmasının təsdiqidir. Azərbaycan güclü dövlət kimi bu regionda söz sahibidir və yeni düzən formalaşdırır.
Dövlətimiz regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində qazandığı tarixi Qələbə və ölkəmizin ərazi bütövlüyünün bərpası regionda davamlı sülhün əldə olunması üçün unikal fürsət yaradıb. Təsadüfi deyil ki, dövlətimizin başçısının forum iştirakçılarının suallarını cavablandırarkən toxunduğu əsas məsələ məhz ölkəmizin regionda dayanıqlı sülhün əldə olunması üçün göstərdiyi səylərin diqqətə çatdırılması olub.
Hazırkı şəraitdə Azərbaycan regionda sabitliyin qorunması və əməkdaşlıq imkanlarının yaradılması üçün fəal rol oynayır. Azərbaycanın təklif etdiyi sülh gündəliyi Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün əsas platformalardan biridir. Azərbaycan regional iqtisadi layihələrə açıq şəkildə dəstək verir, nəqliyyat və enerji dəhlizlərinin açılması üçün təşəbbüslər irəli sürür. Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi təkcə bu ölkəyə deyil, eyni zamanda türk dünyasına və ümumilikdə, qlobal əməkdaşlığa ciddi ziyan vurur.
Cənubi Qafqazda təhlükəsizliyin tam təmin edilməsi nəinki iki xalq arasında, eləcə də Amerika qitəsindən, Avropadan Mərkəzi Asiyaya, Çinə qədər bütün xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması baxımından əhəmiyyətlidir.

Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri