Azərbaycan Qran prisinin marşalı: Rejissorlarla sıx əməkdaşlıq edirik
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
"Artıq 5 ildir ki, marşal kimi fəaliyyət göstərirəm. Biz könüllü olaraq Azərbaycanda keçirilən Formula 1 yarışlarında iştirak edirik".
İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran-prisinin marşal təlimlərinə qatılan Kamilə Abdullayeva deyib.
O, əsas vəzifələrinin yarış trasında müəyyən nöqtələrdə dayanaraq təhlükəsizliyi təmin etməkdən ibarət olduğunu bildirib: "Mən “grid” (start düzülüşü - red.) zonasında, həmçinin trek üzərində müəyyən postlarda dayanıram. Biz marşallar rejissorlarla və yarışın idarə heyəti ilə sıx əməkdaşlıq edirik. Əlimizdə sarı bayraqlar olur və hər hansı təhlükə - qəza, avtomobilin dayanması və ya trekdə maneə yaranması hallarında biz bu bayraqları yelləyərək sürücüləri xəbərdar edirik. Bu siqnalları görən pilotlar dərhal sürəti azaldır və təhlükəyə diqqət yetirirlər. Bu, növbəti qəzaların qarşısını almaqda çox vacib rol oynayır. Bizim bu vəzifəmiz yarışın təhlükəsiz və qaydalara uyğun şəkildə keçməsinə xidmət edir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 19 - 21 sentyabrda keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















