Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır Hikmət Hacıyev
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda ADF2026-da çıxış etməkdən şərəf duyduğunu qeyd edib.
Globalinfo.az xəbər verir ki, o, bunu Antalya Diplomatiya Forumunda iştirakı ilə bağlı sosial media hesabındakı paylaşımında yazıb.
O, artan qütbləşmə və beynəlxalq münasibətlərə inamın azaldığı bir dövrdə regional sahibliyə strateji zərurət və məsuliyyət kimi yanaşıldığını vurğulayıb:
“Bizim üçün bu anlayış həm də regional liderlik, regional inklüzivlik və ortaq regional məsuliyyətdən ibarətdir. Azərbaycan ilk gündən etibarən regional sahibliyin qəti tərəfdarı olub. Azərbaycan–Türkiyə tərəfdaşlığından tutmuş regional təhlükəsizliyin əsas sütunu kimi, Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–İran–Türkiyə kimi genişləndirilmiş formatlara və qonşu regionlarla daha geniş əməkdaşlıqlara qədər bu səylər institusionallaşdırılmış regional əməkdaşlığın sabitlik və rifah gətirə biləcəyini nümayiş etdirir”.
Honored to speak at #ADF2026 on “Role of Regional Ownership in a Transforming World.”
In an era of growing polarization and declining trust in international relations, regional ownership has become a strategic necessity and responsibility. For us it also consists of regional… pic.twitter.com/MSCEWSXZVo
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 17, 2026
Baxış sayı:130
Bu xəbər 17 Aprel 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















