Icma.az
close
up
RU
Azərbaycan regional sülh və sabitliyin təminatçısıdır

Azərbaycan regional sülh və sabitliyin təminatçısıdır

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin daxili və xarici siyasətinin əsas prioritetlərini, sosial-iqtisadi inkişaf kursunu və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji məqsədləri əhatəli şəkildə əks etdirib. Dövlət başçısının müsahibəsi həm görülən işlərin nəticələrinin, həm də gələcək hədəflərin aydın təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Bu fikirləri YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib.

Onun sözlərinə görə, müsahibədə iqtisadi inkişafla bağlı məsələlər xüsusi yer tutub: “Prezident son illər ərzində həyata keçirilən islahatların real nəticələr verdiyini diqqətə çatdıraraq, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və regionların tarazlı inkişafının dövlət siyasətinin əsas istiqamətləri olduğunu vurğulayıb. İnfrastruktur layihələrinin icrası, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun artırılması əhalinin rifahının yüksəldilməsinə xidmət edir”.
Abbas Əliyev bildirib ki, dövlət başçısının müsahibəsində sosial siyasətə xüsusi önəm verilib: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, maaş və pensiyaların mərhələli şəkildə artırılması, təhsil və səhiyyə sahələrində aparılan islahatlar Prezidentin diqqət mərkəzindədir. Bu yanaşma göstərir ki, insan kapitalının inkişafı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas dayağıdır”.
YAP Abşeron rayon təşkilatının sədri qeyd edib ki, Prezident İlham Əliyev xarici siyasətlə bağlı məsələlərə də geniş şəkildə toxunub: “Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursu milli maraqlara əsaslanır. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz beynəlxalq hüququn prinsiplərinə sadiqdir və regional əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir”.
Onun sözlərinə görə, müsahibə zamanı dövlət idarəçiliyində aparılan islahatların mahiyyəti də aydın şəkildə ifadə olunub:“Şəffaflığın artırılması, rəqəmsal həllərin tətbiqi və bürokratik əngəllərin aradan qaldırılması idarəetmədə əsas prioritetlər kimi təqdim edilib. Bu isə dövlət orqanlarının fəaliyyətinin vətəndaş məmnunluğuna yönəldiyini göstərir”.
Abbas Əliyev Prezidentin iqtisadi baxışlarına toxunaraq bildirib ki, Azərbaycan artıq regional iqtisadi mərkəz kimi mövqelərini möhkəmləndirir:“Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının müasirləşdirilməsi, sənaye zonalarının yaradılması və tranzit-logistika imkanlarının genişləndirilməsi ölkənin iqtisadi dayanıqlığını artırır. Qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın maliyyə sabitliyi uzunmüddətli planların uğurla icrasına imkan yaradır”.
O əlavə edib ki, sosial sahədə həyata keçirilən tədbirlər dövlətin vətəndaş yönümlü siyasətinin göstəricisidir: “Azərbaycanda sosial ədalətin qorunması, aztəminatlı ailələrə dəstək mexanizmlərinin genişləndirilməsi və əhalinin rifah səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılır. Prezidentin də qeyd etdiyi kimi, iqtisadi inkişafın əsas məqsədi vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır”.
YAP Abşeron rayon təşkilatının sədri vurğulayıb ki, müsahibədə Azərbaycanın xarici siyasət prinsiplərinin dəyişməzliyi bir daha təsdiqlənib:“Milli maraqların qorunması, dövlət suverenliyinə hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir. Azərbaycan regionda sülh və sabitliyin təmin olunmasında fəal mövqe tutur”.
Sonda Abbas Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin gələcək inkişaf yolunu aydın şəkildə ortaya qoyur: “Bu müsahibə həm cəmiyyətin maraq dairəsində olan suallara cavab verir, həm də dövlət siyasətinin əsas istiqamətlərini sistemli şəkildə təqdim edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri