“Azərbaycan regional təhlükəsizliyin təminatçısı rolunda çıxış edir”
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bu gün ölkəmizdə böyük qayıdış prosesi həyata keçirilir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda olan bütün iqtisadi, aqrar resusrlarımızı milli iqtisadiyyatımıza yenidən qazandırırıq və eyni zamanda bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri hesab olunur”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
O əlavə edib ki, əlbəttə, vətəndaşlarımızın, həm də sosial mənafeyi, təhlükəsizliyi təmin olunur: “Beləliklə Azərbaycan regional təhlükəsizliyin təminatçısı rolunda çıxış etməyi bacarır. Bu, həm siyasi-iqtisadi baxımdan, həm hərbi-siyasi baxımdan belədir. Ona görə də qüdrətli Azərbaycan dövləti əslində Azərbaycan Prezidentinin sayəsində bu nailiyyətlərə, uğurlara imza atarkən həm də özünün gələcək daha qüdrətli Azərbaycanın əsaslarını yaratmış olur. Ona görə də bu, mühüm bir tarixdir. Azərbaycan Prezidenti dövlətçilik tariximizin şanlı bir səhifəsini yaradıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Dekabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















