Azərbaycan Regional Voleybol Klublarının nümayəndələri ilə görüş keçirilib
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Regional Voleybol Klublarının (RVK) nümayəndələri ilə görüş keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan iclasda Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Faiq Orucov, icraçı direktoru Vüqar Hüseynzadə, Maliyyə şöbəsinin rəhbəri Sənan Cəfərov, Təlim və aşağı yaş qrupları ilə iş şöbəsinin rəhbəri Cengiz Akarçeşme və RVK-ların rəhbərləri, məşqçiləri və digər şəxslər iştirak ediblər.
Milli komandalara oyunçu yetişdirilməsi istiqamətində işlər çərçivəsində keçirilən ilk iclasda bir sıra məsələlər müzakirə olunub.
Orucov belə görüşlərin tez-tez keçiriləcəyini, ilk gündən federasiyanın əsas məqsədinin güclü milli komandaların formalaşdırılması, yerli idmançıların yetişdirilməsi və digər bu kimi məsələlər olduğunu bildirib:
“Məhz bu məqsədlə müxtəlif rayon və şəhərləri əhatə edən 8 RVK yaradıldı. Bu RVK-larda çoxlu sayda yeniyetmə qız və oğlan idmançılar məşq keçir, həmçinin bir sıra yarışlar təşkil olunur. İnanırıq bu RVK-lar yaxın zamanda müsbət nəticə verəcəklər”.
Daha sonra Təlim və aşağı yaş qrupları ilə iş şöbəsinin rəhbəri C.Akarçeşmə çıxış edib. O, AVF-nin inkişaf strategiyasının CEV və FIVB tərəfindən dəstəkləndiyini vurğulayıb. Türkiyəli mütəxəssis Təlim və aşağı yaş qrupları ilə iş şöbəsi olaraq əsas məqsədlərinin bütün bölgələrdə çalışan məşqçilərə daim dəstək olmaq və milli komandalara gənc, perspektivli voleybolçuların yetişdirilməsi prosesində yaxından iştirak etmək olduğunu söyləyib.
Yüksək Liqada X tura yekun vurulub Yüksək Liqa: “Azərreyl” səfərdə qalib gəldi Yüksək Liqada X tura yekun vurulacaq MOİK-dən inamlı qələbə “Neftçi” növbəti duelinə çıxır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 Fevral 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















