Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir STATİSTİKA
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan rəsmi statistik məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ildə Azərbaycan üzrə ixrac əməliyyatlarının həcmi 25,04 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 1,51 milyard ABŞ dolları və ya 5,7% azalma deməkdir. Eyni zamanda, 2024-cü ildə ixrac göstəriciləri 2023-cü illə müqayisədə 7,35 milyard ABŞ dolları və ya 21,7% azalıb. 2023-cü ildə isə 2022-ci illə müqayisədə ixrac həcmi 4,25 milyard ABŞ dolları və ya 11,1% azalma ilə qeydə alınıb.
Aparılan təhlil göstərir ki, son beş il ərzində ən yüksək ixrac həcmi 2022-ci ildə müşahidə olunub. Həmin ildə ixracın ümumi dəyəri 38,15 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 15,94 milyard ABŞ dolları və ya 71,8% artım deməkdir.
Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ildə ölkə üzrə ümumi ixrac həcminin 85,5%-i neft-qaz məhsullarının payına düşüb ki, bu da 21,41 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz məhsulları üzrə ixracın həcmi isə 3,63 milyard ABŞ dolları olmaqla, ümumi ixracın 14,5%-ni formalaşdırıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə neft-qaz məhsulları ixracın 87,4%-ni təşkil edib və bu göstərici 23,2 milyard ABŞ dolları səviyyəsində olub. Həmin il qeyri-neft-qaz məhsullarının ixracı isə 3,36 milyard ABŞ dolları olmaqla, ümumi ixracın 12,6%-nə bərabər olub.
Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ildə ölkəyə idxal olunan malların ümumi dəyəri 24,38 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 3,32 milyard ABŞ dolları və ya 15,8% artım deməkdir. Qeyd edək ki, son beş il ərzində ən yüksək idxal həcmi məhz 2025-ci ildə qeydə alınıb.
Aparılan təhlil göstərir ki, son beş il ərzində idxal əməliyyatlarının həcmi hər il artan dinamika nümayiş etdirib. Belə ki, 2022-ci ildə idxal həcmi əvvəlki illə müqayisədə 2,83 milyard ABŞ dolları və ya 24,2%, 2023-cü ildə 2,75 milyard ABŞ dolları və ya 18,9%, 2024-cü ildə isə 3,77 milyard ABŞ dolları və ya 21,8% artım göstərib.
Aparılan təhlil göstərir ki, 2025-ci ildə ölkə üzrə ümumi ixracın həcmi 25,04 milyard ABŞ dolları, idxalın həcmi isə 24,38 milyard ABŞ dolları təşkil edib.
İxrac əməliyyatlarının coğrafi strukturu göstərir ki, ixrac olunan məhsulların əsas hissəsi – 67,6%-i və ya 16,94 milyard ABŞ dolları – Avropa İttifaqı ölkələrinin payına düşüb. MDB ölkələrinə ixracın həcmi 7,1% və ya 1,77 milyard ABŞ dolları, digər ölkələrə isə 25,3% və ya 6,33 milyard ABŞ dolları təşkil edib.
İdxal əməliyyatlarına gəldikdə isə, idxal olunan məhsulların 11,6%-i və ya 2,83 milyard ABŞ dolları Avropa İttifaqı ölkələrinin payına düşür. MDB ölkələrindən idxalın həcmi 24,1% və ya 5,87 milyard ABŞ dolları olub. Qalan 64,3% və ya 15,69 milyard ABŞ dolları isə digər ölkələrdən idxal edilən məhsullara aiddir.
Rəsmi rəqəmlərə əsasən, 2025-ci ildə ixrac olunan məhsulların strukturunda özəl sektor üstün mövqedə olub. Belə ki, ümumi ixracın 53,7%-i və ya 13,45 milyard ABŞ dolları özəl sektorun, 45,7%-i və ya 11,45 milyard ABŞ dolları dövlət sektorunun, qalan 0,6%-i və ya 0,15 milyard ABŞ dolları isə fiziki şəxslərin payına düşüb.
İdxal əməliyyatlarının strukturunda da özəl sektorun payı üstünlük təşkil edib. Məlumata görə, ümumi idxal həcminin 57,1%-i və ya 13,91 milyard ABŞ dolları özəl sektorun, 34%-i və ya 8,28 milyard ABŞ dolları dövlət sektorunun, 9%-i və ya 2,18 milyard ABŞ dolları isə fiziki şəxslərin payına aid olub.
Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi internet resurslarından əldə olunan məlumatlar əsasında aparılan təhlilə görə, cari ilin ilk 11 ayı ərzində Azərbaycandan 23,4 milyard ABŞ dolları, Gürcüstandan 6,6 milyard ABŞ dolları, Ermənistandan isə 7,3 milyard ABŞ dolları həcmində məhsul ixrac olunub.
Hesabat dövründə idxal göstəriciləri üzrə Azərbaycanda 21,2 milyard ABŞ dolları, Gürcüstanda 16,7 milyard ABŞ dolları, Ermənistanda isə 11,6 milyard ABŞ dolları həcmində məhsul idxal edilib.
İxrac və idxal göstəriciləri arasındakı fərq nəticəsində formalaşan xarici ticarət saldosu Cənubi Qafqaz regionunda yalnız Azərbaycanda müsbət olub. Belə ki, cari ilin ilk 11 ayının yekunlarına əsasən, Azərbaycanda 2,21 milyard ABŞ dolları həcmində müsbət xarici ticarət saldosu qeydə alınıb.
Eyni dövrdə Gürcüstanda 10,06 milyard ABŞ dolları, Ermənistanda isə 4,21 milyard ABŞ dolları həcmində mənfi xarici ticarət saldosu formalaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 30 Yanvar 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















