Icma.az
close
up
RU
“Azərbaycan regionun enerji mərkəzinə çevrilib” DEPUTAT DANIŞDI

“Azərbaycan regionun enerji mərkəzinə çevrilib” DEPUTAT DANIŞDI

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci Bakı Enerji Forumu bir daha göstərdi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan strateji tərəfdaşdır”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, 31 ildir, Bakı Enerji Həftəsi dünyanın enerji siyasətinin müzakirə olunduğu ən nüfuzlu platformalardan biri kimi fəaliyyət göstərir:

”Məhz bu platformada əsası qoyulan əməkdaşlıqlar Azərbaycanın müstəqillik dövründə iqtisadi inkişafının təməlini formalaşdırıb, ölkəmizi regionun enerji mərkəzinə çevirib. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev enerji resurslarından səmərəli istifadənin dövlət quruculuğunda və milli inkişafda rolunu xüsusi vurğuladı. Dövlət başçımız qeyd etdi ki, Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin əsasında məhz düzgün enerji siyasəti dayanır: "Ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar."

Azərbaycanın enerji strategiyasının mahiyyəti ondan ibarətdir ki, neft və qaz gəlirləri ölkədə sosial infrastrukturun qurulmasına, yoxsulluğun azaldılmasına, təhsil və səhiyyə sisteminin inkişafına, eyni zamanda müasir ordunun formalaşdırılmasına yönəldilib.
Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə son illərdə geosiyasi gərginliklərin artdığı şəraitdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirib.
Forum çərçivəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın enerji siyasəti yalnız karbohidrogen ehtiyatlarının ixracı ilə məhdudlaşmır. Ölkəmiz həm də yaşıl enerji keçidində regional liderə çevrilməkdədir.
Prezident İlham Əliyevin də söylədiyi kimi, 2032-ci ilin sonunadək Azərbaycanda günəş və külək enerjisi üzrə istehsal gücü 8 giqavata çatdırılacaq. Bu istiqamətdə Qara dəniz enerji kabeli, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji xətti və Mərkəzi Asiyadan yaşıl enerjinin nəqlini nəzərdə tutan layihələr enerji xəritəsində yeni mərhələnin başlanğıcı olacaq.
Cənab Prezidentin də söylədiyi kimi, “Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək və bütün bunlar hamımız üçün böyük sərvətdir.”
Ümumiyyətlə, Bakı Enerji Forumu siyasi baxımdan mühüm platformadır. ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin foruma ünvanladığı məktublar Azərbaycanın beynəlxalq enerji siyasətində artan rolunun göstəricisidir. Bu məktublarda da Azərbaycanın enerji təhlükəsizliyi, regional əməkdaşlıq və yaşıl enerji keçidi sahəsində oynadığı rol yüksək qiymətləndirilib. Bu isə Bakının qlobal siyasi qərarların müzakirə olunduğu mühüm diplomatik mərkəzlərdən birinə çevrildiyini təsdiqləyir.
31-ci Bakı Enerji Forumu ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni investisiyaların cəlb olunmasına, enerji bazarlarında əməkdaşlığın genişlənməsinə və regional inteqrasiyanın güclənməsinə xidmət edir.
Bu gün Bakı həm Xəzər regionunun, həm də Avrasiya məkanının enerji paytaxtlarından biri kimi çıxış edir. Forum çərçiəvəsində aparılan müzakirələr də göstərir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri gələcəkdə də qlobal enerji təhlükəsizliyinin əsas seqmentindən biri olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2026 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see367

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see331

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see298

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see282

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see277

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see277

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see268

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see259

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see252

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see249

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see248

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see242

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see238

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see228

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see221

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see214

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see203

Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23 Noyabr 2026 00:19see185

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see184

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri