Icma.az
close
up
RU
Azərbaycan Rusiya gərginliyi: Paşinyan faydalanmağa çalışır?

Azərbaycan Rusiya gərginliyi: Paşinyan faydalanmağa çalışır?

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Son vaxatlar Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlik İrəvanda da yaxından təqib olunur. Bu arada Ermənistanın baş nazırı Nikol Paşinyanın Moskvaya səfəri də diqqətdən yayınmadı. Hətta bu səfər Azərbaycanla münasibətlərin kəskinləşməsi fonunda Rusiya-Ermənistan münasibətlərində müəyyən yaxınlaşmanın olacağına dair ehtimalları da gündəmə gətirtdi. Bəs, hadisələrin bu cür inkişafı nə dərəcə gözləniləndir?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən siyasi şərhçi Zaur İbrahimli bildirib ki, Paşinyanın Rusiya səfəri fonunda Ermənistan hakim partiyasının deputatları rəsmi İrəvanın ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət etmək təklifinə "yox" dediyini açıqladılar:


"Bu, Paşinyan iqtidarının Moskvaya münasibətdə bir jesti kimi qiymətləndirilə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi artıq 13 milyarddan çoxdur. Bu, kiçik Ermənistan üçün çox böyük imkanlar yaradır. Heç kimə sirr deyil ki, Ermənistan Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir. Eyni zamanda Ermənistan iqtisadiyyatı da tamamilə Rusiya biznesindən asılıdır. Moskvanın Ermənistana təzyiq göstərmək üçün kifayət qədər imkanları var".

Z.İbrahimli qeyd edib ki, Paşinyan ən azı indiki mərhələdə gərgin konfrontasiyadan qaçır:

"O, əvvəlcə Rusiya ilə konfrontasiyanın səviyyəsini artırdı. Beləliklə, milyarder Karapetyan həbs olundu, ona məxsus biznesin milliləşdirilməsi üçün cəhdlər edildi. O cümlədən Zəngəzur dəhlizi ilə bağlı ABŞ ilə danışıqlar aparıldı. Həmçinin Türkiyə ilə yaxınlaşmaq cəhdləri edildi. Bütün bunların ardından Paşinyan indi də bu mövqedə Rusiya ilə sövdələşməyə çalışır. Sövdələşmənin şərtlərindən biri Paşinyanın geri çəkilməsi ola bilər.

Demək olar ki, Paşinyan seçkiqabağı manevrlərinə ara verməyəcək və müxtəlif istiqamətlərdə gərginliyi artırmaqla, digər istiqamətlərdə isə sanki güzəştə gedirmiş kimi tədbirlər həyata keçirməklə Moskva ilə anlaşmağa çalışacaq. Lakin Kremlin Paşinyanın bu təkliflərinə "hə" deyəcəyi də ağlabatan görülmür. Çünki artıq Paşinyanın siyasətinə kifayət qədər bələd olublar və tərəflər arasında heç bir etimad münasibətlərindən söhbət gedə bilməz.

Moskva isə əksinə, qarşıdakı seçkilərdən istifadə edərək seçkilərə qədər Paşinyanı güzəştlərə məcbur etməyə çalışacaq və çalışır. Eyni zamanda onun hakimiyyətdən getməsi üçün bütün mümkün vasitələrə əl atılacağı da şübhə doğurmur”.

Aysel,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 İyul 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri