Icma.az
close
up
RU
Azərbaycan Rusiya münasibətləri: Gərginlik səngidi, narahatlıqlara son qoyuldu

Azərbaycan Rusiya münasibətləri: Gərginlik səngidi, narahatlıqlara son qoyuldu

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan və Rusiya arasında münasibətlərə kölgə salan, gərginlik yaradan əsas amil təyyarəmizin vurulması və bununla bağlı Moskvanın müvafiq addımlar atmaması idi".

Bu sözləri politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Azərbaycanın Rusiyadan tələbləri beynəlxalq hüquq və konvensiyalara tam uyğun idi:

"Burada başqa heç bir niyyət yox idi. Azərbaycan sadəcə olaraq Rusiyanın məsuliyyəti öz üzərinə götürməsini, üzrxahlıq etməsini, hadisəni dəqiq araşdırmasını, kompensasiya ödəməsini və günahkarları cəzalandırmasını istəyirdi”.

Müsahibimiz təəssüflə vurğulayıb ki, Rusiya tərəfi təxminən 10 ay məsələni yubatdı və bu da əlavə gərginliklərə səbəb oldu. Onun sözlərinə görə, xüsusən, bu gərginlik Rusiyanın siyasi elitası, Duma üzvləri, müəyyən rəsmi şəxsləri, ələlxüsus mediası tərəfindən daha da şişirdildi:

“Rusiya mediası kütləvi anti-Azərbaycan təbliğatına start vermişdi. Müəyyən məmurlar fürsətdən sui-istifadə edərək azərbaycanlılara təzyiq göstərdilər, təhdid etdilər. Deputatımızı ölkədən deportasiya etdilər və s. Rusiya tərəfindən atılan addımlar qarşılıqlı etimadın azaldılmasına, münasibətlərin soyumasına yol açdı".

Oqtay Qasımov, politoloq

O.Qasımov vurğulayıb ki, Rusiyada müəyyən anti-Azərbaycan qüvvələr mövcuddur:

"Onlar həm erməni diasporu ilə sıx əlaqədədirlər, həm də şovinist duyğularla yaşayırlar. Azərbaycanın heç bir uğurunu qəbul etmək istəmirlər. Maraqlıdır ki, Kreml rəhbəri də 10 ay bunlara səbr etdi. Azərbaycan isə son dərəcə təmkinli, heç bir emosiyaya qapılmadan öz mövqeyini sonadək qorudu. Nəticədə Rusiyada rasional düşüncə üstün gəldi. Aylar sonra iki lider arasında Düşənbədə görüş keçirildi. Putin çox doğru olaraq münasibətlərin pozulmasına səbəb olan təyyarə hadisəsindən danışmağa başladı və öz açıqlaması ilə gərginliyi səngitdi, narahatlıqlara son qoymuş oldu. Gec də olsa çox müsbət açıqlamalardı".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri