Azərbaycan Rusiyanın birbaşa uçuşlar həyata keçirdiyi ölkələrdən biridir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moskva, 18 may, AZƏRTAC
Beynəlxalq istiqamətlərin sayının azalması fonunda Azərbaycan Rusiyanın yay mövsümündə birbaşa hava əlaqəsinin mövcud olduğu ölkələr sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) açıqlamasında deyilir. Assosiasiyanın məlumatına görə, rusiyalılar bu yay yalnız 31-32 ölkəyə birbaşa uçuş edə biləcəklər ki, bu da qış cədvəli ilə müqayisədə təxminən 25 faiz azalma deməkdir.
Rusiyadan birbaşa uçuşların mövcud olduğu ölkələrin siyahısına Azərbaycan, Türkiyə, BƏƏ, Misir, Çin, Tailand, Serbiya, Hindistan, Vyetnam və bir sıra digər dövlətlər daxildir. Assosiasiya izah edib ki, yanacaq və geosiyasi böhran səbəbindən Kuba və Venesuelaya uçuşlar yay cədvəlinə daxil edilməyib.
ATOR qeyd edib ki, bəzi beynəlxalq istiqamətlər mövsümilik, yanacaq böhranı, geosiyasi vəziyyət və Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə bağlı məhdudiyyətlər səbəbindən yay cədvəlindən çıxarılıb.
Ekspertlər bildiriblər ki, bu yay kütləvi turizm məqsədilə birbaşa uçuşların mövcud olduğu təxminən 15 ölkə rusiyalı turistlər üçün əlçatan olacaq. Azərbaycan isə coğrafi yaxınlığı, nəqliyyat əlçatanlığı və sabit hava əlaqələri səbəbindən ən çox tələbat yaranan istiqamətlərdən biri olaraq qalır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 18 May 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















