Icma.az
close
up
RU
Azərbaycan Rusiyanın qərarına cavab olaraq bu ADDIMI ATIR

Azərbaycan Rusiyanın qərarına cavab olaraq bu ADDIMI ATIR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir neçə gün bundan əvvəl açıqlamasında bildirib ki, Rusiya Federasiyasının qanunvericiliyinə edilən dəyişikliklərlə, 1 yanvar 2025-ci ildən etibarən əcnəbilərin Rusiya ərazisində müvəqqəti olma müddəti il ərzində cəmi 90 gün olacaq.

Nümayəndə qeyd edib ki, əcnəbilər Rusiya torpaqlarına daxil olduqları tarixdən sonra 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Qeyd edək ki, mövcud qaydalara görə bu müddət 180 gün ərzində 90 gün, 1 il ərzində isə 180 gündür. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə bildirib ki, Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə Azərbaycan vətəndaşlarının hüquqları kontekstində nəzərdən keçirilir:

"Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək".

Mövzu ilə bağlı Modern.az-a danışan İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, müvəqqəti qalma müddətinin 90 günə endirilməsi azərbaycanlılara təsir edəcək:

"Rusiyada miqrasiya ilə bağlı qanunlar xeyli sərtləşdirildi. Əvvəllər xarici vətəndaşların orada 1 il ərzində 180 gün müvəqqəti  qalmasına icazə verilirdisə, indi  bu müddət 90 günə endirilib. Bu da kifayət qədər az müddətdir. Qərarın təsiri ən çox azərbaycanlılara olacaq. Amma bu məsələlər,adətən, beynəlxalq hüquqda qarşılıqlı uyğunlaşdırma prinsipi ilə həyata keçirilir. Azərbaycan tərəfi də bu istiqamətdə müvafiq addımlar atmalıdır. Yəqin ki, yaxın günlərdə belə addımların şahidi olacağıq. Bu qaydalar azərbaycanlıların Rusiyada müəyyən iş və digər fəaliyyətlərinə ciddi təsir göstərəcək. Bütün hallarda yanvardan başlayan proses vətəndaşlarımızın bir qisminin maraqlarına da toxunacaq".

Komitə sədri söyləyib ki, hazırda hansısa ölkənin qəbul etdiyi qərarları təftiş etməkdən uzağıq:

"Hər-halda bu qərarlara uyğun olaraq Azərbaycan öz müvafiq addımlarını atacaq. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə müəyyən razılaşma olarsa, qaydaların dəyişməsinə görə də təşəbbüslərimiz ola bilər. Amma indiki vəziyyətdə belə bir qərar çox sayda insanın çətinliyə düçar  ola biləcəyini proqnozlaşdırmağa imkan verir. Biz hər-halda Azərbaycan ərazisində qalma müddətini Rusiyanın etdiyinə adekvat olaraq tənzimləməliyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri