Icma.az
close
up
RU
Azərbaycan Rusiyaya ustad dərsi keçdi

Azərbaycan Rusiyaya ustad dərsi keçdi

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bir neçə gündür Rusiyada OMON silahlılarının Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliyi gündəmi zəbt edib.

Əvvəlcə hadisə və ondan sonra baş verənlər haqqında qısa xatırlatma:

İyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları olduğu bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də yaydığı bəyanatda bu qəbuledilməz zorakılıq aktının araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Daha sonra Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılaraq, baş verən hadisə ilə bağlı ona kəskin etiraz bildirilib.

Qeyd edək ki, dünən Yekaterinburqda saxlanılan altı nəfərlə bağlı məhkəmə keçirilib. Onlardan üçü 22 günlük həbs cəzası alıb, qalan üç nəfər isə 3 gün müddətinə inzibati həbs edilib. Saxlanılanların heç biri özünü təqsirli bilməyib.

Əlbəttə Rusiya tərəfinin "əməliyyat" adı verdiyi bu əməl əslində vəhşiliyin, vandalizmin bariz nümunəsidir. Cinayət əməli sübuta yetirilməyən, heç bir silahlı müqavimət göstərməyən insanları döyərək öldürmək vəhşilikdən başqa bir şey deyil. Xüsusilə qeyd edim ki, bütün bunlar həmin şəxslərin ailə üzvlərinin gözləri qarşısında olub. Hətta OMON-çular azərbaycanlıların evlərinə basqın edən zaman qadınlara da xəsarət yetiriblər.

Rusiyada hər zaman miqrantlara, xüsusən azərbaycanlılara qarşı münasibət kəskin olub. Zaman-zaman azərbaycanlıların həbsi ilə bağlı kifayət qədər xəbərlər qarşımıza çıxıb.

Məsələnin faciəli tərəflərindən biri də odur ki, döyülənlərin bəzilərinin 2001-ci ildə (saxlanılan şəxslər həmin ildə baş verən qətli törətməkdə şübhəli bilinirlər - müəllif) 4-5 yaşda olublar. Həmin şəxslər bir gün sonra Azərbaycan diasporunun təkidi ilə azadlığa buraxılıblar.

Vəhşilik o həddə çatıb ki, OMON dəstəsinin üzvləri ürəyində stend olan insanı ölümcül döyüblər, öldüyünü zənn edib morqa göndəriblər. Orada isə həmin şəxsin ölmədiyi məlum olub. Döyülərək tutulanlara olmazın işgəncələr verilib - bədənlərinə elektrik cərəyanı verilib, dırnaqları çıxarılıb, vəhşicəsinə döyülüb, bulaşıq maşınlarının palçığını yeməyə vadar ediliblər. Bu mənzərə bizə uzaqdan-yaxından tanışdır - mənfur erməni daşnakları da əsir götürdüyü şəxslərə buna oxşar işgəncələr verirdilər.

Bütün bu vəhşiliklər fonunda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiya OMON-çularına əsl ustad dərsi keçdilər.

Bu gün DİN-in Mətbuat Xidməti belə bir məlumat yaydı:

"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var".

Bəli, əməliyyat zamanı iki nəfər saxlanıldı. Döyülərək öldürülmədilər. Qanunvericiliyə uyğun qaydada qollarına qandal taxılaraq saxlanıldılar. Həmin şəxslərin Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olması ilə bağlı məlumatlar da yayıldı. Azərbaycan tərəfi peşəkarlığını nümayiş etdirdi. Əslində hüquq-mühafizə orqanlarımızın əməkdaşları cinayətdə şübhəli bilinən şəxsin necə saxlanılmalı olduğunu Rusiyanın güc strukturlarına, birbaşa rəhbərliyinə göstərdilər.

Əslində Azərbaycanın humanist, peşəkar hərəkətlərini saymaqla bitməz. Xüsusi qeyd etmək və ötən həftə baş verən bir nüansı xatırlatmaq istərdim.

AZAL-ın təyyarə qəzasından sonra cinayətkarları yaxalamaq əvəzinə, onları qanadları altında gizlədən həmin Rusiyanın İran-İsrail münaqişəsi zamanı köməksiz qalan vətəndaşlarını Azərbaycan tərəfi İrandan təxliyə etdi. Özü də hotel, yemək və nəqliyyat xərclərini qarşılamaqla. Təsəvvür edirsiniz ki, Azərbaycanın humanizmi olmasaydı, İsrailin zərbələri zamanı İranda nə qədər Rusiya vətəndaşı ölə bilərdi.

Ancaq həmin Rusiya ölkədəki azərbaycanlıları döyərək öldürür, təhqir edir, işgəncə verərək Ukrayna müharibəsinə göndərməyə çalışır. Hələ də Rusiya tərəfindən ali səviyyədə bu baş verənlərə doğru-düzgün açıqlama verən yoxdur.

Görünür, yayın gəlməsinə baxmayaraq, "rus ayısı" qış yuxusundadır hələ də. Ukrayna müharibəsinin fəsadları "ayı" üçün gün işığını yubadır. Onun tez oyanması bizə deyil, özünə xeyir edər. Bəlkə yuxudan ayıldıqda Qafqazdakı ən vacib, strateji, humanist tərəfdaşına qarşı etdiklərinə görə peşman olar.

Samir İsayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri