Icma.az
close
up
RU
Azərbaycan Sahibkarlar Konfederasiyasına yeni Baş katib təyin olundu KONKRET

Azərbaycan Sahibkarlar Konfederasiyasına yeni Baş katib təyin olundu KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi vəzifəsinə yeni təyinat olub. Konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.

KONKRET.az xəbər verir ki, Konfederasiya prezidenti Məmməd Musayev bununla bağlı əməkdaşlarla keçirdiyi görüşdə Z.Hacılını təyinatı münasibətilə təbrik edib. M.Musayev təşkilatın ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılması, dövlət-özəl dialoqunun inkişafı istiqamətində gördüyü işlərə toxunaraq icra aparatının gələcək fəaliyyəti ilə bağlı prioritetləri açıqlayıb. Z.Hacılı bu yüksək etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ziya Hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Ötən dövr ərzində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma, böhranlar zamanı cəmiyyətin idarəedilməsi, beynəlxalq protokol qaydaları, iqtisadi, siyasi, o cümlədən təbii və texnogen xarakterli böhranlar zamanı idarəetmə və ictimaiyyətlə əlaqələrin qurulması mövzularında Avropa təhlükəsizlik məsələləri üzrə Corc Marşal Mərkəzi, NATO məktəbi, Avropa Kolleci və digər beynəlxalq təşkilat və elmi tədqiqat mərkəzlərinin kurs, seminar və dinləmələrində iştirak edib, 40-a yaxın sertifikata layiq görülüb. Xidmətdə fərqləndiyinə görə müxtəlif vaxtlarda fəxri fərman, xidmətə görə döş nişanı və medallarla təltif edilib. Ziya Hacılı əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında başlayıb. Fövqəladə Hallar Nazirliyi Katibliyinin rəis müavini, Azərbaycan Respublikası Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb.

Ziya Hacılı 17 aprel 2024-cü il tarixindən Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri vəzifəsində çalışırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see490

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see277

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see207

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see125

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see123

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see119

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see118

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see117

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see116

Azərbaycan boksçuları Gürcüstandakı turnirə qatılacaqlar

04 İyun 2025 20:09see116

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see115

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see115

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see115

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see113

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see113

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see113

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see111

Həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır

04 İyun 2025 21:29see110

“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransı keçirilir

04 İyun 2025 19:58see110

Müəmmalı seysmik siqnalların SİRRİ AÇILDI

04 İyun 2025 20:40see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri