Icma.az
close
up
RU
Azərbaycan sahibkarlarının təqribən 23 faizini qadınlar təşkil edir

Azərbaycan sahibkarlarının təqribən 23 faizini qadınlar təşkil edir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Cari il ərzində 32 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib ki, onlardan 5-i qadındır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ildə KOBİA tərəfindən təşkil olunmuş 7-ci qrant müsabiqəsi çərçivəsində qrant vəsaiti almış KOB subyektlərindən 10-u qadın sahibkardır. Cari ildə KOBİA-nın təşkil etdiyi biznes təlimlərdən və məsləhət xidmətlərindən ümumilikdə 900-dən çox qadın sahibkar və biznesə başlamaq istəyən qadınlar yararlanıb.

Ümumilikdə qlobal səviyyədə, eləcə də Azərbaycanda qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır. Qadınlar biznes yaratmağa və özünüməşğulluğa daha çox maraq göstərir. Azərbaycan sahibkarlarının təqribən 23 faizini qadınlar təşkil edir. Qadın sahibkarlar əsasən xidmət, ticarət, sənaye və s. sektorlarda fəaliyyət göstərirlər.

KOBİA qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə cəlb olunması, sahibkarlar arasında qadınların payının artırılması üçün bir sıra dəstək və xidmətlər göstərir.

Belə ki, qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın təlim, məsləhət, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və digər dəstək və xidmətlərindən faydalanırlar.

Qadınların sahibkarlıq fəaliyyəti, bu sahədə yeniliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq agentlik tərəfindən maarifləndirici tədbirlər təşkil olunur. Həmçininc tərəfdaş qurumlarla birgə qadınların biznes fəaliyyətinə cəlb edilməsi və inkişafını dəstəkləyən ünvanlı layihələr həyata keçirilir.

Cari ildə də davam etdirilən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsindən 70-dən çox qadın faydalanıb. Layihə çərçivəsində müxtəlif sektorları təmsil edən qadın sahibkarlar üçün təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumlarında görüşlər, master klasslar və digər tədbirlər təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri