Azərbaycan Şahmat Federasiyasında ilin son iclası keçirilib
Icma.az bildirir, Operativmedia portalına istinadən.
AŞF-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, iclasda federasiya tərəfindən hazırlanan şahmatçıların etik davranış qaydaları müzakirə edilərək qəbul edilib. Qısa zamanda dərc olunacaq etik davranış qaydaları şahmatçıların diqqətinə çatdırılacaq.
İclasda, o cümlədən milli komandaların formalaşdırılması prinsipləri, milli üzvlərinə və istedadlı şahmatçılara dəstək proqramının şərtləri, təqaüdlə bağlı meyarlar müzakirə edilərək təsdiq edilib.
AŞF-nin Məşqçilər Komissiyasının cari il üçün hesabatı dinlənilib. Məşqçilər Komissiyasının sədri Anar Allahverdiyev il ərzində məşqçi-müəllimlər üçün 3 səviyyə üzrə 8 fərqli qrupda təşkil edilən seminarlar barədə geniş məlumat verib.
Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, Uşaq-Gənclər Komissiyasının rəhbəri Fərid Abbasov il ərzində təşkil edilən yarışlar, uşaq və gənclərin hazırlıq prosesi, AŞF-nin nəzdində fəaliyyət göstərən Şahmat Akademiyasında dərslərin gedişatı barədə danışıb. Federasiya tərəfindən bu il uşaq və gənclərin dünya, o cümlədən Avropa çempionatındakı nəticələri qeyri-qənaətbəxş hesab edilib, növbəti il üçün komissiyaya inkişafla bağlı təkliflərin hazırlanması tapşırılıb.
Sonda 2025-ci ildə keçiriləcək yarışların təşkilatı işləri ilə bağlı tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















