Icma.az
close
up
RU
“Azərbaycan Şahmat Turu”: 1553 iştirakçı, 20 federasiya STATİSTİKA/FOTO

“Azərbaycan Şahmat Turu”: 1553 iştirakçı, 20 federasiya STATİSTİKA/FOTO

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə keçirilən “Azərbaycan Şahmat Turu” (Chess Tour Azerbaijan) layihəsində ilk 6 yarış başa çatıb.

İdman.biz xəbər verir ki, bununla da yaz-yay mövsümündə nəzərdə tutulan “open” yarışlar yekunlaşıb.

Seriyada ümumilikdə 1553 (onlardan 300-ü qadın) iştirakçı mübarizə aparıb. Onlar arasında 26 GM, 37 IM, 2 WIM, 35 FM, 6 WFM, 14 CM, 12 WCM titullu şahmatçı var. Bütün bu sayı 20 fərqli federasiyadan 971 fərqli adda şahmatçı təşkil edib.

Sözsüz ki, “Chess Tour Azerbaijan” layihəsinin yekunlaşan turnirlərində nəticələrə əsasən əsas ulduz Xaqan Əhməd olub. İştirak etdiyi 5 yarışdan 3-də qalib olan Xaqan Şəkidən Qubayadək reytinqini 56 vahid artırmaqla 2449-a çatdırıb.

Beynəlxalq usta (IM) Xəzər Babazadə “Baku Open”də uğurlu çıxışının təsadüfi olmadığını “Shamakhi Open”in qalibi olmaqla təsdiq edib. Sevindirici haldır ki, ardınca Xəzər Türkiyə 1-ci liqasında uğurlu çıxış edərək 2500-lük reytinq səddini aşmağı da bacarıb.

Ukrayna təmsilçisi GM Vitaliy Bernadski iştirak etdiyi 5 yarışdan 3-də 2-ci, 1-də isə 4-cü olmaqla layihənin yaddaqalan simalarından birinə çevrilib.

4 şahmatçı seriyada bu günədək keçirilən 6 yarışın hamısında iştirak edib. Bunlar - IM Vüqar Manafov, CM Tunar Davudov, Ələkbər İsmayılov və Sadəgül Əfəndidir. 9 şahmatçı 5 yarışda, 53 şahmatçı 4 yarışda, 102 şahmatçı 3 yarışda, 167 şahmatçı 2 yarışda iştirak etdi.

GM Əhməd Əhmədzadə və GM Məhəmməd Muradlının cəsarətli iştirakları, Əhmədin “Vüqar Həşimov Open”in qalibi olması da qeydə olunmalı faktlar sırasındadır.

Yarışlar üzrə iştirakçı sayı aşağıdakı kimidir:

• Baku Open - 576 şahmatçı

• Sheki Open - 260 şahmatçı

• Shamakhi Open - 102 şahmatçı

• Lankaran Open - 176 şahmatçı

• Guba Open - 234 şahmatçı

• Gashimov Open - 205 şahmatçı

“Chess Tour Azerbaijan” layihəsi demək olar ki, bütün ölkəni əhatə etməklə regional inkişaf üçün geniş imkanlar yaradır. Bölgə şahmatçısı “open” yarışda iştirak etmək üçün yaşadığı ünvandan ən çoxu 100 km (əksərən bu rəqəm daha azdır) məsafə qət etməli olur.

Layihə əksər şahmatçılarımızın uzun illər nəzərə çarpan oyun təcrübəsizliyinin aradan qaldırmağa kömək edir. Dünya və Avropa çempionatlarında ölkəni təmsil edəcək yeniyetmə şahmatçılarımızın yarışlarda uğurlu çıxışı və təcrübə qazanması sevindirici məqamlardandır.

“Chess Tour Azerbaijan” davam edir. Noyabr ayında Şirvan və Gəncə şəhərlərində seriyanın növbəti (sonuncu) 2 yarışı keçiriləcək. Şahmatçılarımızı həmin yarışlardan da maksimum faydalanmağa dəvət edirik.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri