Azərbaycan şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın 16 yaşadək şahmatçıları Türkiyənin Qaziantep şəhərində türkdilli dövlətlər arasında təşkil edilən I komanda çempionatının qalibi olublar.
Bakıvaxtı.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, turnirdə 6 dövləti təmsil edən 8 komanda mübarizə aparıb.
Yarışda Azərbaycanla yanaşı, təşkilatçı ölkə Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın şahmatçıları qüvvələrini sınayıblar.
Dairəvi sistem üzrə təşkil edilən turnirdə hər komanda bir oğlan və bir qız şahmatçıdan ibarət olub.
Azərbaycan komandası 11 xalla çempion adını qazanıb. Eyni xala malik Özbəkistan təmsilçiləri əlavə göstəricilərə görə ikinci yeri tutub. Türkiyə komandası isə üçüncü olub.
Bağlanış mərasimində Azərbaycan komandasına medal və diplom təqdim olunub. Qalibin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində Rüstəm Rüstəmov və Məryəm Ağaverdiyeva çıxış edib. Komandanın kapitanı Fərid Abbasov olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 14 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















