Azərbaycan şahmatçısı: Dünya çempionatında inanılmaz nəticəyə imza atdıq
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu il mənim üçün gərgin və maraqlı keçdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadın şahmatçısı Gövhər Beydullayeva deyib.
O, 2025-ci ilə uğurlu start verdiyini xatırladıb: “Azərbaycan çempionatında ikinci yerə layiq görüldüm. Tanınmış ictimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində üçüncü oldum. Serbiyada təşkil edilən klublararası Avropa çempionatında gümüş medal qazandım. Bizim üçün ilin ən böyük yarışı İspaniyadakı dünya çempionatı idi. Son anda bu turrnirə qatıldıq. Hər gün iki tur oynamaq bizi daha da gərginləşdirirdi. Sonda isə ikinci olduq. Bu, bizim üçün inanılmaz nəticə idi”.
Gənc şahmatçı 2026-cı ildəki gözləntilərindən də danışıb: “Hədəflər barədə çox danışmağı xoşlamıram. Amma gələn il bizi Şahmat Olimpiadası gözləyir. Bu yarışda heç vaxt medalımız olmayıb. İlkə imza atmaq istəyirik. Əlbəttə ki, məqsədlərimdən biri də reytinqimi yüksəltməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















