Azərbaycan şairləri Belorusiyada nəşr olunan topluda yer alıb
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Belorus Respublikasında Böyük Qələbənin 80 illiyinə (II Dünya Müharibəsi 41- 45-ci illər) həsr olunmuş “Великая победа – на века! поезия, проза, публисистика” (“Böyük Qələbə – əbədilik! poeziya, nəsr, publisistika”) toplusu nəşr olunub.
Bakupost.az xəbər verir ki, ideya müəllifi Belorusiya Yazıçılar İttifaqının Minsk şəhər bölməsi, tərtib edənlər: М.П.Поздняков, Е.А.Стельмах, Т.В.Ковальчукdur. Kitaba Belorusiya Milli ədəbiyyat mükafatı laureatı Елена Стельмах “…И плачут строки” (“...və sətirlər ağlayır”) adlı ön söz yazıb.
Topluya MDB ölkələrindən olan şair və yazıçıların əsərləri, o cümlədən, Azərbaycan şairləri: Sabir Rüstəmxanlının “Дети сорок шестого”, Nurəngiz Günün “Прощание с млечным путем” poemaları, Böyükağa Qasımzadənin “Песня атаки”, Əli Kərim “Матери плачут” şeirləri də daxil edilmişdir. Müharibəyə həsr olunmuş şeirlər, poemalar, nəsr, publisistika əsərlərində göstərilən qəhrəmanlıqlar, ağrı, qürur hissləri əks olunub.
Əsərləri Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 03 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















