Icma.az
close
up
RU
Azərbaycan səfiri Baham Adalarında keçirilən tədbirdə COP29la bağlı çıxış edib

Azərbaycan səfiri Baham Adalarında keçirilən tədbirdə COP29la bağlı çıxış edib

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Noyabrın 5-də Baham Adalarının Böyük Bahama şəhərində bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən “Diplomatiya Həftəsi” tədbiri çərçivəsində keçirilən “İqlimə Həssas Dövlətlər üçün Dayanıqlı İnkişaf Gündəliyi” (A Sustainable DevelopmentAgenda for Climate Vulnerable States) panel müzakirələrində Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev COP29-la bağlı çıxış edib. SİA xəbər verir ki, səfir Azərbaycanın COP29-a hazırlığı və sədrliyi çərçivəsindəki fəaliyyəti barədə məlumat verib. Bu xüsusda ölkəmizin baxışının iki istiqamətə - ambisiyaların artırılması və fəaliyyətə təkan verməyə əsaslandığını bildirilib. Tərəfdaş ölkələrin milli planlara və şəffaflığa sadiqliyinin təmin edilməsi, ambisiyaları fəaliyyətə çevirmək, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, itki və zərəri aradan qaldırmaq üçün əsas vasitələrdən biri olan maliyyənin vacib rolunu qeyd edib.R.Rzayev Azərbaycanın COP29-un sədri qismində bütün maraqlı tərəfləri dinlədiyini, onlarla əməkdaşlıq etdiyini, geniş müzakirələr apardığını, hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına və ortaq həll yolları axtarmaqla inklüziv nəticələrin əldə edilməsinə çalışdığını söyləyib. İqlim dəyişmələrinə həssas olan İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) ilə bağlı Sədrliyin fəaliyyəti, Azərbaycanın bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab etdiyini, onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərməsi barədə danışıb.Çıxış zamanı səfir, həmçinin, Azərbaycanın COP29-a Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan edilmiş qlobal təşəbbüslər barədə məlumat verərək bu təşəbbüslərin məqsədinin iqlim fəaliyyətini irəlilətmək, iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək olduğunu bildirib.Panel müzakirələri daha sonra sual-cavab hissəsi ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri