Azərbaycan səfiri etimadnaməsini Filippin Prezidentinə təqdim edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pekin, 15 aprel, AZƏRTAC
İqamətgahı Cakarta şəhərində olmaqla Azərbaycanın Filippindəki səfiri Ramil Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Ferdinand Romualdez Markosa təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Malacanang” Prezident Sarayında baş tutan mərasimdə səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Filippinin dövlət başçısına çatdırıb. Ferdinand Romualdez Markos öz növbəsində səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Səfir Ramil Rzayev Azərbaycanın Filippin ilə dostluq münasibətlərinə yüksək dəyər verdiyini qeyd edib. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını vurğulayan diplomat bildirib ki, ticarət, investisiya, təhsil və mədəni mübadilə sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
Səfir, həmçinin Filippini bu il Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) sədrliyi münasibətilə təbrik edib və ölkəyə regional əməkdaşlığın və rifahın inkişafı istiqamətində uğurlar arzulayıb.
Təqdimetmə mərasimindən sonra Manilada yerləşən Rizal heykəli önündə əklil qoyulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Baxış sayı:83
Bu xəbər 15 Aprel 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















