Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, görüş çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə edilib, xarici işlər naziri Maka Boçorişvilinin Azərbaycana planlaşırılan rəsmi səfərinin təfərrüatlarına toxunulub. Qeyd olunub ki, tərəflər həmçinin Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsini müzakirə ediblər.
“Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndirdilər. Ticari-iqtisadi, nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirildi. Görüşdə regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib. Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud nümunəvi strateji əməkdaşlığı daha da dinamikləşdirməyə hazır olduqlarını bildiriblər”, - nazirliyin məlumatında qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 11 Yanvar 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















