Azərbaycan səfirliyinin əməkdaşları Litvada qəza törətdi Sürücü sərxoş olub? (FOTOLAR)
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TV3LT” məlumat yayıb.
Məlumata görə, “VW Passat” markalı diplomatik avtomobil Vilnüs sakininə məxsus avtomobilə çırpılıb.
Bildirilir ki, səfirliyin avtomobili işıqforun qırmızı işığında kəsişməyə daxil olaraq “VW Polo” markalı maşınla toqquşub.
Onun sürücüsü qeyd edib ki, səfirlik əməkdaşları ondan polisə zəng etməməyini xahiş ediblər, lakin o buna əhəmiyyət verməyib və polisə qəza barədə məlumat verib.
Şahidlərin sözlərinə görə, diplomatik avtomobildə biri qadın olmaqla 4 nəfər olub.
Özünü səfirliyin sürücüsü kimi təqdim edən şəxsin qanında alkoltest zamanı 1.4 promille spirt çıxdığı qeyd edilib.
Litva qanunlarına görə, qəza ağır nəticələrə səbəb olmayıbsa, sürücü bu halda inzibati məsuliyyətə cəlb olunur.
Bunun ardınca isə həmin şəxslərdən digəri avtomobili özünün idarə etdiyini iddia edib.
Qeyd edilib ki, o, diplomatik toxunulmazlığını əsas gətirərək spirt testindən keçməkdən boyun qaçırıb.
Şəhər polisi bildirib ki, hələ də “VW Passat”ı kimin idarə etdiyini müəyyənləşdirə bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Aprel 2025 07:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















