Icma.az
close
up
RU
“Azərbaycan şəhərsalmada müasir trendlərə əsaslanan siyasət yürüdür“ DEPUTAT DANIŞDI

“Azərbaycan şəhərsalmada müasir trendlərə əsaslanan siyasət yürüdür“ DEPUTAT DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ölkədə şəhərlərin inkişafına verilən önəmin bariz göstəricisidir”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, bu siyasətin arxasında isə İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət dayanır:

”Son illərdə Azərbaycanda şəhərsalma sahəsində görülən işlər həm paytaxtda, həm də regionlarda özünü aydın şəkildə göstərir.
Xüsusilə Bakı şəhərində həyata keçirilən layihələr şəhərin simasını tamamilə dəyişib. Yeni parklar, geniş yollar, müasir binalar və abadlaşdırılmış ictimai məkanlar Bakını daha gözəl və rahat şəhərə çevirib. Dənizkənarı ərazilərin yenidən qurulması, yaşıllıq sahələrinin artırılması və müasir memarlıq üslubunda tikililərin inşası şəhərin həm sakinləri, həm də turistlər üçün cəlbediciliyini artırır. Bakı artıq təkcə ölkənin deyil, regionun ən müasir və inkişaf edən şəhərlərindən biri kimi tanınır.
Bununla yanaşı, azad edilmiş ərazilərdə aparılan quruculuq işləri xüsusi qeyd olunmalıdır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində sıfırdan yeni şəhərlər və kəndlər salınır. Bu ərazilərdə qurulan yaşayış məntəqələri müasir şəhərsalma prinsiplərinə əsaslanır və “ağıllı şəhər” konsepsiyası tətbiq olunur.
Məsələn, Ağdam şəhəri uzun illərdən sonra tamamilə yenidən qurulur və müasir infrastruktura malik şəhərə çevrilir. Burada geniş küçələr, yaşıllıq zonaları və sosial obyektlər planlı şəkildə inşa olunur. Füzuli şəhərində yeni yaşayış kompleksləri, məktəblər və ictimai binalar tikilir. Laçın artıq yenidən sakinlərini qəbul edən müasir şəhərlərdən biridir və burada təbii mühitlə uyğunlaşan tikinti işlərinə xüsusi diqqət yetirilir. Kəlbəcər isə zəngin təbiəti ilə seçildiyi üçün burada ekoloji tarazlığın qorunması əsas prinsiplərdən biri kimi götürülüb.
Bu yeni şəhərlərin əsas xüsusiyyətlərindən biri onların dayanıqlı və innovativ şəkildə qurulmasıdır. Alternativ enerji mənbələrindən istifadə, rəqəmsal idarəetmə sistemləri, müasir nəqliyyat infrastrukturu və ekoloji yanaşma bu əraziləri gələcəyin şəhərlərinə çevirir. Eyni zamanda, burada insanların rahat yaşaması üçün bütün zəruri şərait yaradılır – məktəblər, xəstəxanalar, mədəniyyət obyektləri və istirahət zonaları kompleks şəkildə planlaşdırılır.
Mənim fikrimcə, bu yanaşma Azərbaycanın şəhərsalma sahəsində yeni mərhələyə keçdiyini göstərir. Təkcə mövcud şəhərlərin abadlaşdırılması deyil, həm də tamamilə yeni və müasir yaşayış məkanlarının qurulması ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm hissəsidir. Bu proses həm iqtisadi inkişafı sürətləndirir, həm də insanların həyat keyfiyyətini artırır.
Ümumilikdə, həyata keçirilən bu layihələr göstərir ki, Azərbaycan şəhərsalma sahəsində müasir trendləri tətbiq edən və gələcəyə yönəlmiş siyasət yürüdən ölkələrdən biridir. Bu istiqamətdə atılan addımlar yaxın illərdə ölkənin həm regionda, həm də beynəlxalq səviyyədə mövqeyini daha da gücləndirəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri