“Azərbaycan Sənaye Bankı”nda 12 milyonluq zəmanət riski
Icma.az bildirir, Yenisabah portalına istinadən.
“Azərbaycan Sənaye Bankı”nın (ASB) balansdankənar öhdəliklərinin ümumi həcmi 116,4 milyon manatı ötüb, risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlərinin məbləği isə 548,9 milyon manat təşkil edib.
“Yeni Sabah” bankın maliyyə göstəricilərinə əsasən xəbər verir ki, ən diqqətçəkən məqam bankın ümumi riskli balansdankənar aktivlərinin böyük hissəsinin qarantiyalarla bağlı olmasıdır - risk dərəcəsi üzrə ölçülmüş 13,8 milyon manatlıq öhdəliyin 12,06 milyon manatı (87%-dən çoxu) məhz verilən zəmanətlərin payına düşür.
Bununla yanaşı, bankın 116,4 milyonluq ümumi öhdəliklərinin 49,16 milyon manatlıq hissəsi (təxminən 42%-i) birbaşa öz hesablarında girov qoyulmuş milli/xarici valyuta və bank metalları ilə təmin edildiyindən riskləri minimuma endirir. Digər tərəfdən, bankın istifadə olunmamış kredit xətləri və oxşar öhdəlikləri 43,8 milyon manat təşkil etsə də, bunun cəmi 872 min manatı riskli hesab olunur. Dominos pizza
Qeyd edək ki, bankın uzunmüddətli balansdankənar öhdəlikləri sıfıra bərabərdir və 64,6 milyon manatlıq bütün öhdəliklər portfeli tamamilə 1 ilədək olan qısamüddətli dövrü əhatə edir.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















