Icma.az
close
up
RU
Azərbaycan Serbiya münasibətləri...

Azərbaycan Serbiya münasibətləri...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Parlamentlərarası əlaqələr əməkdaşlığı yeni mərhələyə daşıyır

Azərbaycanın uğurlu xarici siyasət kursu yüksək tərəfdaşlığa, etibarlı əməkdaşlığa hədəflənib. Yeni dövrdə regional güc mərkəzi kimi çıxış edən respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əlaqələr mühiti formalaşdıra bilib. Azərbaycanın yaxın tərəfdaş qismində qəbul edilməsinin ən real səbəbi isə ölkəmizin apardığı siyasət ilə bağlıdır - dövlətimiz istənilən rəqabətdə, geosiyasi mübarizədə yer almır, əksinə sülhə, birgə əməkdaşlığa, inkişafa yönəlik platformalar yaradır. Bunun nəticəsidir ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır.

Ölkəmiz ilə yaxın münasibəti olan dövlətlər respublikamızın inkişaf modelini hər zaman örnək sayırlar. Məsələn, Azərbaycanın yaxın tərəfdaşlarından olan Serbiya hər zaman ölkəmizlə əlaqələrə yüksək dəyər verir.

Əlaqələrin tarixi...

İki ölkə arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri, eyni zamanda siyasi dialoq aktuallığını qoruyub. 2011-ci il iyunun 8-9-da Prezident İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib. Həmçinin, bu tarixdə Azərbaycanın Serbiyada səfirliyi açılıb.

İki ölkə arasında mühüm siyasi dialoq mövcuddur. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Hazırkı Prezident Aleksandar Vuçiç 2015-ci ilin aprelində Baş nazir qismində, sonradan isə Prezident statusunda dəfələrlə Bakıya səfər edib. Serbiya Prezidenti hər zaman Azərbaycanla dostluğa böyük dəyər verdiyini bildirib. İndiyədək iki ölkə arasında bir çox yüksəksəviyyəli sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Prezident İlham Əliyevin 2022-ci ilin noyabr ayında Serbiyaya baş tutan səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar.

İki ölkə arasında siyasi dialoqun yüksək dinamizmlə inkişaf etməsi, həmçinin indiyədək imzalanan sənədlər qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir. Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya rəsmi Bakının yaxın əməkdaş ölkələrindən sayılır. 

Azərbaycan ilə Serbiya arasında fəal siyasi dialoq qurulub

Bu günlərdə Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ölkəmizə səfər edib. Azərbaycanın Baş naziri Əli Əsədov Ana Brnabiç ilə görüşüb. Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Azərbaycan ilə Serbiya arasında fəal siyasi dialoqun qurulduğu qeyd edilib, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi bildirilib. Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Görüş zamanı Azərbaycan ilə Serbiya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Milli Məclisdə görüş...

Bundan başqa Serbiya parlament nümayəndə heyəti Milli Məclisdə olub. Milli Məclisin sədri Sahibə Qafarova dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib. O, bu kontekstdə Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin önəmini diqqətə çatdırıb.

Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ölkəmizdə şahidi olduğu inkişaf və qazanılan nailiyyətlərlə əlaqədar təbriklərini çatdırıb. O qeyd edib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir və biz bir-birimizi dəstəkləməkdən qürur duyuruq. O, ərazi bütövlüyü məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Ana Brnabiç Azərbaycanın öz milli maraqlarını və dəyərlərini qoruyan bir ölkə olduğunu və Serbiyanın bunu çox yüksək qiymətləndirdiyini vurğulayıb. Görüşdən sonra qonaqlar Milli Məclisin foyesində yaradılmış və 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış olublar.

Örnək əlaqələr

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova və ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər. S.Qafarova Milli Assambleya sədrinin səfərini ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi adlandırıb. Onun sözlərinə görə, bu, eyni zamanda, əməkdaşlığı daha da genişləndirmək niyyətinin ifadəsidir.

S.Qafarova bu gün ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiklərini qeyd edib. Ana Brnabiçlə görüşdə parlamentlərimiz arasındakı əlaqələrin mövcud vəziyyətinin nəzərdən keçirildiyini söyləyən Sahibə Qafarova ölkələrimiz arasındakı ikitərəfli əlaqələrdə bu istiqamətin xüsusi yerə malik olduğunu bildirib. Vurğulayıb ki, 2023-cü ildə iki parlament arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu əlaqələrin mühüm bazasını təşkil edir. Ötən dövr ərzində parlament sədrlərinin, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına öz töhfəsini verib.

Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ölkələrimiz arasında münasibətlərin inkişafına uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib. O, Azərbaycan-Serbiya parlamentlərarası münasibətlərin mükəmməl səviyyədə olduğunu, bu səfərin münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Ana Brnabiç qeyd edib ki, Azərbaycan ilə Serbiya arasında tərəfdaşlıq münasibətləri olduqca sıx və inkişaf etməkdədir. Onun sözlərinə görə, bu əlaqələr örnək təşkil edir. Serbiya parlamentinin sədri diqqətə çatdırıb ki, Bakı çox sürətlə inkişaf edir.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri