Icma.az
close
up
RU
Azərbaycan serialındakı bu səhnə etiraz doğurdu: rejissor danışdı VİDEO

Azərbaycan serialındakı bu səhnə etiraz doğurdu: rejissor danışdı VİDEO

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Bir qadın” serialında ailə münaqişəsi, bıçaqlanma və “başını kəsəcəm”, “öldürəcəm” kimi ifadələr əks olunan səhnələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tamaşaçılar bu kadrların ailə modelinə mənfi təsir göstərə biləcəyini iddia ediblər.

Heç şübhəsiz ki, efirdə səslənən təhqiramiz ifadələr və zorakılıq səhnələri cəmiyyətin, xüsusilə də ailə dəyərlərinin formalaşmasına mənfi təsir göstərə bilər. Belə məzmunlar tamaşaçıda aqressiyanı və gərginliyi normallaşdıra, ailədaxili münasibətlərə yanlış mesaj ötürə bilər.

Bəs serialın rejissoru bu gedişatla bağlı hansı mövqedə çıxış edir:

Globalinfo.az-ın xəbərinə görə, mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq serialın rejissoru Şahin Qəhrəman bildirib ki, həmin səhnələr zorakılığı təbliğ etmir, əksinə, onun mənfi nəticələrini göstərmək məqsədi daşıyır:

“Bir qadın” serialında gördüyünüz səhnələr heç vaxt zorakılığı və ya aqressiyanı təbliğ etmək məqsədi daşımır. Əksinə, bu kadrlar ailədaxili gərginliklərin, münasibətlərdəki yanlış davranışların cəmiyyətə necə mənfi təsir göstərə biləcəyini göstərmək üçün qurulub.

Biz bu səhnələrlə insanlara “baxın, belə olmamalıdır” mesajı veririk”, – deyə Şahin Qəhrəman bildirib.

Rejissorun sözlərinə görə, məqsəd tamaşaçını düşündürmək, ailə münasibətlərində sevgi və anlayışın önəmini vurğulamaqdır:

“Hər bir zorakılıq səhnəsi, əslində, sevgi və anlayışın yoxluğunun acı nəticəsini göstərir. Serialın əsas mövqeyi aydındır, ailə zorakılıqla deyil, qarşılıqlı hörmət və anlayışla qorunur”.

Şahin Qəhrəman əlavə edib ki, yaradıcı komanda zorakılığı normallaşdırmaq deyil, onun qarşısını almağa çağıran mesajlar verməyə çalışır.

Sözügedən mövzu ilə bağlı Azərbaycan Respublikası Audiovizual Şurasına da sorğu ünvanladıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri